Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Əli Məsimli: "Dövlət ağır yükü öz üzərinə götürməlidir"
Əli Məsimli: "Dövlət ağır yükü öz üzərinə götürməlidir"
Təhsil kreditlərinin verilməsinə başlanılmazsa, bu, Azərbaycanın gələcəyini dəhşətli məcraya aparacaq
Şənbə, 30.01.2010

A.Akif mətn ölçüsü  

Ölkəmizdə ali təhsilli insanların sayı azdır. MDB ölkələri arasında aparılmış statistik araşdırmanın nəticəsindən sonra bu qənaətə gəlinib. Litva, Gürcüstan kimi ölkələr bu göstərici üzrə ölkəmizdən xeyli öndədir. Hökumət ilbəil təhsil sahəsinə ayrılan vəsaitin məbləğini artırsa da, vəziyyət yaxşılığa doğru dəyişmir. Bəzi mütəxəssislər düşünürlər ki, bunun əsas səbəbi əhalinin təhsil imkanlarının məhdudlaşması və təhsil xərclərinin artmasıdır.

Ötən saylarımızda təhsil xərclərinin ilbəil artması ilə bağlı iqtisadçı Rövşən Ağayevin araşdırmasının nəticəsini təqdim etmişdik. Belə görünür, nə dövlət, nə də özəl təhsil müəssisələrində təhsil haqlarının aşağı endiriləcəyi gözlənilir. 2008-ci ildə ödənişli fakültələrdə təhsil alanların sayı 55 faizi ötmürdüsə, 2009-cu ildə bu rəqəm 63 faiz təşkil edib. Deməli, problemdən nəsə başqa bir çıxış yolu tapılmalıdır.

Əli Məsimli yeni qanun hazırlayıb

İqtisadçı millət vəkili Əli Məsimlinin gətirdiyi bəzi rəqəmlər bu məsələnin təcili həllini tapmasının vacibliyini gündəmə gətirir. Onun sözlərinə görə, təhsil sahəsində çalışanların orta əməkhaqqı 200 manatdan azdır. Belə şəraitdə dövlət ali təhsil müəssisələrində təhsil almaq üçün illik ödəniş 400 manatdan başlayır. 2000 manatadək yüksəlir. Özəl tibb müəssisələrində bu rəqəmlər müvafiq olaraq 800, 4000 manat arasındadır:

"Bu əməkhaqqı ilə müəllim, həkim, büdcə təşkilatlarında və digər bu kimi sahələrdə çalışanların övladları ali təhsil almamalıdırlar. Bu, insanların konstitusion hüquqlarını pozmaqla, Azərbaycanın gələcəyini dəhşətli məcraya aparır. Ödənişli təhsil sisteminin inkişafı müşahidə edilir və bu sistemin ləğvini də, açığı, gözləmirəm. Odur ki, "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlamışam".

Millət vəkilinin söylədiklərindən öyrəndik ki, onu bu qanun layihəsini hazırlamağa yerli banklarımızın təhsil kreditləri adı altında soyğunçuluqla məşğul olması sövq edib.

REKLAM

Məlumat üçün bildirək ki, ölkəmizdə bir neçə bank 3-12 ay arasında təhsil krediti verir. Kredit ən aşağı 19,3, ən yuxarı isə 26 faizlə verilir. Banklardan istehlak kreditləri alanlar yaxşı bilirlər ki, bu şərtlərlə məişət avadanlıqları da almaq mümkündür. Yəni əslində bu növ kreditlər istehlak kreditləri soyuducu, televizor, kondisioner, paltaryuyan almaq üçün verilir. Bir sıra banklar isə eyni şərtlərlə təhsil krediti verirlər.

Bəs başqa ölkələrdə?

İnkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir. Ancaq bir sıra ölkələrdə təhsil kreditləri 10 faizə qədər çatır. Qonşu Rusiyada bu rəqəm 5,5 faiz təşkil edir. Mərkəzi Bankın uçot dərəcəsi 2 faiz olduğundan Əli Məsimli təhsil kreditlərinin 5 faizlə verilməsini məqbul sayır. Buradakı 3 faiz bankların qazancıdır. Müsahibim hesab edir ki, banklar buna getməlidir.

Təbii ki, təhsil kreditlərinin mənbəyi təkcə dövlət vəsaiti olmamalıdır. Digər mənbələr olaraq bankların öz maliyyə resursları və digər mənbələr ola bilər. Amma bir məsələ də var ki, 26 faizə kredit verən bankların 5 faizlə kredit verməsi mümkün deyil. Sirr deyil ki, banklar mənfəətlərini daha çox düşünürlər. Əli Məsimli deyir ki, bu səbəbdən eksperimentlər aparılan ölkələrdə təhsil kreditlərini maliyyələşdirmək üçün mütləq büdcədən vəsait ayrılır:

"Əgər dövlət vəsait ayırarsa, deməli, Mərkəzi Bank faiz dərəcələrinin aşağı olmasını şərt kimi qoya bilər. Bilirsiniz, dövlət bu prosesə dəstək verməsə, xüsusən ilkin beş ildə yardımçı olmazsa, qanun qəbul edilsə də, kağız üzərində qalacaq. Yenə də aztəminatlı ailələrin uşaqları ali təhsil almayacaqlar, ali təhsil alanların sayında artım olmayacaq. Bu qanun dövlətin və təhsil almaq istəyənlərin hüquqlarını müdafiə edir".

Yaxşı oxumağa stimul verən maddələr

Əli Məsimlinin hazırladığı qanun layihəsində ədalətin qorunduğu və tələbələri daha yaxşı çalışmağa sövq edən, stimul verən maddələr var. Layihə qəbul edilərkən heç bir dəyişiklik olmazsa, 600 baldan yuxarı bal toplayanlar təhsil haqqından azad olacaqlar. Millət vəkili etiraf edir ki, bu, barmaqla sayılacaq tələbələri əhatə etsə də, çox mühüm məsələdir.

Bundan başqa, hesab edir ki, aztəminatlı təbəqə üçün təhsil krediti faizsiz verilməlidir. Əgər həmin tələbə bakalavrı əla qiymətlə bitirərsə, avtomatik olaraq təhsil kreditini qaytarmaq öhdəliyi ləğv edilir və dövlət bu xərci öz üzərinə götürmüş olur. Bu da gənclərdə stimul yaradır ki, onlar çox yaxşı oxusunlar. Qanun layihəsində qeyd olunur ki, özəl universitetlərdə belə əla qiymətlərlə oxuyanlar faiz dərəcələrindən azad olunmalıdırlar. Zəif oxuyanlar isə pulun əsas hissəsi ilə yanaşı, təbii ki, faizlərini də ödəməlidir.

İki variant

Təhsil krediti götürən insan əmək qabiliyyətini itirərsə və dünyasını dəyişərsə, pulun ödənilməsi məsuliyyətini kim üzərinə götürəcək? sualı da açıq qalmayıb. Ə.Məsimli iki variant təklif edir. Birinci variant: bu xərci dövlət öz üzərinə götürəcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

Kredit alanların məsuliyyəti artacaq

Dünya Bankı və BVF təcavüzkara kredit verir

Bölmənin digər xəbərləri
 
Attestat qiymətləri qəbul imtahanlarında təsdiqlənmir
Belə olan halda bu qiymətlər qəbulda nəzərə alına bilərmi?

Bibiheybətdəki evlər söküləcək
200 evin sökülməsi üçün məhkəmə qərarı var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı

Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı


"Azərbaycan" adının qorxusu

"Azərbaycan" adının qorxusu


Novruz dəyərləri sınaq qarşısında

Novruz dəyərləri sınaq qarşısında


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər