"Azərbaycan Respublikasının Misirin "Moheet" xəbər saytında yerləşdirilmiş xəritəsində Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının (MR) Ermənistan ərazisi kimi göstərilməsi texniki səhvdir". Bu sözləri APA-ya açıqlamasında saytın baş redaktoru Mustafa Zəki deyib. Baş vermiş yanlışlığa görə Azərbaycan dövlətindən və xalqından üzr istəyən Mustafa Zəki problemin tezliklə aradan qaldırılacağını bildirib.
Qeyd edək ki, 2009-cu il dekabrın 14-18-də Bakıda Misir kino həftəsinin keçirilməsi haqqında Moheet.com saytında yerləşdirilmiş yazıda əks olunmuş xəritədə Dağlıq Qarabağ və Naxçıvan MR Ermənistan ərazisi kimi göstərilib.
Bir qədər sonra saytda yerləşdirilmiş və Dağlıq Qarabağla Naxçıvanın Ermənistan ərazisi kimi göstərildiyi Azərbaycan xəritəsi dəyişdirilib (http://www.moheet.com/show_news.aspx?nid=332049). APA-nın məlumatına görə, yazıda Azərbaycanın yeni xəritəsi yerləşdirilib. Yeni xəritədə Dağlıq Qarabağ və Naxçıvan MR Azərbaycanın tərkibində yer alıb.
Monitorinq baş tutmayıbATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 22-də Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb.
Zəlimxan Yaqub "Şərəf" ordeni ilə təltif olunduAzərbaycan prezidenti İlham Əliyev Zəlimxan Yusif oğlu Yaqubovun (Zəlimxan Yaqub) "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.