Yanvarın 23-də London Kral Kollecində "20 Yanvar" şəhidləri xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək. Tədbir "Buta Festival of Azerbaiyan art" adlı festival çərçivəsində reallaşacaq. Bu barədə Avropa Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib. Tədbirdə rus rejissor Andrey Konçalovskinin "Qara Yanvar" filmi nümayiş olunacaq. Xatırladaq ki, film "20 Yanvar" hadisələrinin salnaməsi əsasında qurulub. Mərasim ədəbi-bədii kompozisiya ilə davam edəcək.
Monitorinq baş tutmayıbATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 22-də Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb.
Zəlimxan Yaqub "Şərəf" ordeni ilə təltif olunduAzərbaycan prezidenti İlham Əliyev Zəlimxan Yusif oğlu Yaqubovun (Zəlimxan Yaqub) "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.