Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İran: "Britaniya ilə münasibətlərimizə yenidən baxacağıq"
İran: "Britaniya ilə münasibətlərimizə yenidən baxacağıq"
Hakimiyyət atom fiziklərinin təhlükəsizliyini gücləndirir
Şənbə, 23.01.2010

S.Sədi mətn ölçüsü  

İranın daxili işlər naziri Mustafa Məhəmməd-Nəccar bildirib ki, nüvə sahəsində çalışan alimlərin təhlükəsizliyini gücləndirmək məqsədilə tədbirlər görülür. Onun sözlərinə görə, Tehran bu yaxınlarda qətlə yetirilmiş atom fiziki Məsud Əliməhəmmədinin qisasını alacaq: "Biz alimin qisasını alacağıq. Düşmən ünsürlərin İranın ədalətindən yan qaçmasına imkan verməyəcəyik".

İSNA-nın xəbərinə görə, nazir deyib ki, alimin qətli ilə bağlı ehtimalları araşdırır və artıq bir sıra vacib nəticələr əldə ediblər.

Məhəmməd-Nəccar qeyd edib ki, "Mossad" və Mərkəzi Kəşfiyyat İdarəsinin iranlı alimlərə hücumu "düşmənin zəifliyindən" və İslam Respublikasının elmi-texniki uğurlarını onların bu yolla dayandırmaq cəhdindən xəbər verir.

Onun ardınca İran XİN yanvarın 12-də baş vermiş partlayışda ABŞ və İsrailin əli olduğunu iddia edib.

Vaşinqton isə Tehran rəsmilərinin bu sayaq bəyanatlarını "cəfəngiyat" adlandırıb. Körfəzin problemlərinə dair Tehranda keçirilən beynəlxalq konfransda isə İranın xarici işlər naziri Mənuçehr Müttəki İslam Respublikasının Britaniya ilə münasibətlərinə yenidən baxacağını bəyan edib: "Biz Britaniya ilə 10-12 sahə üzrə qarşılıqlı əməkdaşlıq edirik. Hazırda ölkəmizin milli maraqlarına və son 6 ayda baş verənlərə əsasən qarşılıqlı əlaqələrin detalları təhlil olunur. Həmin təhlillər əsasında İslam Respublikasının hökuməti yekun qərar qəbul edəcək".

Onu da xatırladaq ki, rəsmi Tehran Londonu müxalifəti dəstəkləməkdə, təxribatda ittiham edib.

İran kəşfiyyatı Qərblə rəqabətdə uduzur

Tehran Universitetinin professoru, atom fiziki Məsud Əliməhəmmədi yaşadığı evin yaxınlığında partlayış nəticəsində həlak olub. Ondan başqa daha 10 nəfərin yüngül xəsarət aldığı haqda da məlumat yayılıb.

Bu gün bəzi təhlilçilər hesab edir ki, İranın hərbi, daha doğrusu, İnqilab Keşikçiləri Qvardiyasının xüsusi xidmət orqanları xarici həmkarlarına uduzur. Ötən il atom fiziki Şəhram Əmiri "itkin düşəndən" sonra ABŞ prezidenti İranın Qum şəhərində gizli uran zavodu haqda məlumatın açıqlanmasına icazə verdi.

İngiltərənin "Qardian" qəzetində Mehr Cavadanfərin yazdığına görə, İslam Respublikası xüsusi xidmət orqanlarının uğursuzluğu Qərblə danışıqlarda Tehranın mövqeyini zəiflədir. Bəlli olduğu kimi, Amerika və onun müttəfiqləri tələb edir ki, İran zənginləşdirilmiş uranı başqa bir dövlətin ərazisində əldə etsin. Elə bu yaxınlarda "Sarı keksin" Qazaxıstan ərazisində əldə edilməsi cəhdi də bundan xəbər verir. M.Cavadanfərə görə, ABŞ İranla gizli savaşı xüsusi xidmət orqanlarının vasitəsilə aparır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

II tur başlandı

Fizika və riyaziyyatda gəldiyimiz nöqtə

Təbrizli hərbi həkimin şübhəli ölümü

İrana qarşı "üçlər ittifaqı"?

Bu gün ikinci dövrə başlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər