Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bloggerlərin apeliyasiya şikayətinə baxılma təxirə salındı
Bloggerlərin apeliyasiya şikayətinə baxılma təxirə salındı
ABŞ isə internet azadlığına yeni töhfələr verəcəyini bəyan edib
Şənbə, 23.01.2010

Cəsur Məmmədov mətn ölçüsü  

Dünən Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov bloggerlər Adnan Hacızadə və Emin Millinin şikayətinə baxılması prosesini yenə təxirə salıb. Buna səbəb bloggerlərin vəkili İsaxan Aşurovun xəstəliyi olub. Növbəti iclas fevralın 5-də keçiriləcək ("Turan").

Bununla iclas artıq ikinci dəfədir təxirə düşür. Yanvarın 8-də iş üzrə zərərçəkmiş kimi keçən Babək Hüseynov və Vüsal Məmmədov iştirak etmədiyi üçün iclas təxirə salınmışdı. Onlar bugünkü iclasa da gəlməmişdilər.

Müdafiə tərəfi hesab edir ki, özlərini zərərçəkmiş kimi təqdim edən Babək Hüseynov və Vüsal Məmmədov əslində Adnan və Eminə qarşı təxribat üçün istifadə olunmuş şəxslərdir. Bir müddət əvvəl onlara məhkəməyə çağırış vərəqəsi göndərilib, lakin məhkəmənin rəsmi sənədləri geri qayıdıb, belə ki, bu şəxslər göstərilən ünvanlarda yaşamırlar. Müdafiə tərəfi düşünür ki, bu, onların təxribatçı olduqlarını sübut edir.

Adnan Hacızadə ("OL!" gənclər hərəkatının lideri) və Emin Millinin (İnternet-TV-nin təsisçisi) apellyasiya şikayətində onların təqsirsiz olduğu qeyd edilib və həbsdən azad edilmələri xahişi yer alıb. Dekabrın 22-də hazırlıq iclasında hakim onları hər biri üçün 5 min manat olmaqla, girova buraxmaqdan imtina edib.

Hakim vəkillərin qeyri-insani davranış olduğu üçün bloggerlərin məhkəməyə əli qandallı gətirilməməsi tələbini də rədd edib.

Xatırladaq ki, bloggerlər 2009-cu il noyabrın 12-də xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar iyulun 8-də Bakının mərkəzində "Lebanez" kafesində dava salmaqda ittiham olunublar. Lakin istintaq göstərib ki, dava bloggerlərin həbsi məqsədilə xüsusi xidmət orqanları tərəfindən hazırlanmış təxribat olub. Onların həbsinin əsl səbəbi ictimai fəaliyyətləri, xüsusən Azərbaycan hakimiyyətinin korrupsiyaya uğradığı barədə İnternetdə yerləşdirdikləri satirik videorolik olub.

Bu arada ABŞ dövlət katibi Hillari Klinton İnternet azadlığı haqqında nitqlə çıxış edib. Onun çıxışı İnternetdə yayımlanıb və bütün dünyada böyük auditoriya toplayıb. Azərbaycanda da bu çıxış diqqətlə izlənib. ABŞ-ın Bakı səfirliyi Mətbuat Mərkəzində Gəncə, Lənkəran və Xaçmazdan olan jurnalistlərin və İnternet istifadəçilərinin iştirakı ilə müzakirələr təşkil edib.

"Məhdudiyyətlər təcrübəsinin yayılması ilə dünyanın bir çox ölkələrində yeni informasiya pərdələri çəkildi. Mahiyyətcə İnternetdə video və bloqlar günümüzün samizdatına çevrilir", - deyə o qeyd edib.

Klinton İnternet azadlığının məhdudlaşdırılması halları olan bir sıra ölkələrin adını çəkib: Çin, Vyetnam, Özbəkistan, Moldova, Şimali Koreya, İndoneziya və digərləri İnterneti boğan ölkələr kimi sadalanıb.

"Araşdırmalar göstərdi ki, Səudiyyə hökuməti induizm, iudaizm, xristianlıq və hətta islama aid bir çox saytları bağlayır", - deyə qeyd edib. Çinə gəlincə, bu ölkə "Google" poçt serverlərinə hücuma görə tənqidə məruz qalıb.

Dövlət katibi "İnternetin zorakılığa, cinayətkarlığa və ekstremizmə qarşı mübarizədə yardım edə biləcəyini" qeyd edib. Bu mənada, insanların İnternet vasitəsilə təşkilatlanmasının demokratiyanın inkişafında həddən artıq böyük rol oynadığı və vətəndaşlara seçkilərin saxtalaşdırılmasına etiraz bildirmək imkanı verdiyi İran, Moldova və digər ölkələrin adını çəkib.

Klinton qeyd edib ki, "hətta ABŞ kimi demokratiyanın inkişaf etdiyi ölkələrdə görürük ki, belə alətlər tarixi dəyişə bilər".

Klinton həmçinin bildirib ki, fevralda Dövlət Departamenti İnternetdə azadlıq mövzusuna həsr edilmiş "yüksək səviyyəli görüş" keçirəcək. Onun sözlərinə görə, forumun vəzifəsi "İnternet şirkətlərinin səylərini birləşdirməkdən ibarətdir, belə ki, biz yeni əsrin çağırışları fonunda əməkdaşlığı inkişaf etdirmək istəyirik".

Klinton bir neçə dəfə vurğulayıb ki, ABŞ dünyada İnternetin inkişafını hər yolla dəstəkləyəcək və bu istiqamətdə müxtəlif layihə və proqramlar həyata keçirəcək.

Mətbuat Mərkəzində Hillari Klintonun nitqinin müzakirəsi zamanı Azərbaycanda İnternetdə ifadə azadlığına məhdudiyyətlər olduğu fikri səslənib. Bu, ayrı-ayrı saytların bağlanmasında, forumlarda fikir bildirdiklərinə və ya SMS-məlumatlara görə yuzerlərin təqibində özünü göstərir. Hakimiyyətin bu əməlləri jurnalistlər üçün özünüsenzura mənbəyidir və ifadə azadlığının məhdudlaşmasına gətirib çıxarır.

İnternetin keyfiyyəti və qiyməti aktual problem olaraq qalır. Azərbaycanla qonşu ölkələrdə qiymətlər aşağı, keyfiyyət isə daha yüksəkdir. Azərbaycanda yalnız paytaxtda genişzolaqlı İnternetə çıxış var.

Eyni zamanda, müzakirə iştirakçıları İnternetdə sosial şəbəkənin və xüsusən "Facebook" və "Youtube" kimi resursların genişləndiyini qeyd ediblər. Mövcud çətinliklərə baxmayaraq, bu baş verir.

Azərbaycanda İnternet istifadəçiləri üçün Hillari Klintonun çıxışında mühüm məqamlardan biri onun ABŞ hökumətinin dünyada İnternet layihələrini dəstəkləməkdə davam edəcəyi vədi olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Muzeylərin saytları hazırlanır

ABŞ-dan bloggerlərə azadlıq tələbi

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq

Provayderlər internet qiymətini endirmədi

Avropa Şurasından Azərbaycana hədə

Bölmənin digər xəbərləri
 
Hərbi komissarlıqları neyləməli?
Köhnə sistem işə yaramır, yenisi isə vaxt istəyir

Parlament seçkilərinə xarici müdaxilə?
Əli Əhmədov: "İsa Qəmbərin fikirlərinə çox diqqətlə yanaşmaq lazımdır"

Bizim heyət Strasburqa yola düşüb
Qış sessiyası başlanır

Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?
Avropa Parlamenti bizim Milli Məclisə məktub hazırlayacaq

Bakıda Azərbaycan-Rusiya humanitar forumu
Ramiz Mehdiyevdən sərt ismarıclar

Qorbaçov-Aqanbekyan planı - 20 Yanvar
"Udar" əməliyyatı - 137 şəhid, 744 yaralı, 800-ə yaxın qanunsuz həbs və onlarca itkin...

Separatizmi alovlandırmağa yeni cəhdlər
Satqınlar isə hər zaman tapılır

Ermənilər öz mahiyyətlərini bir daha sərgilədilər
Onların davranışı TBMM Xarici İşlər Komissiyasında mübahisə yaradıb

Qəbələ RLS-in taleyi necə olacaq?
Sergey Lavrov: "Konkret təhlükələrə qarşı kollektiv iş görmək imkanları yaranıb"

Bakı prezidentlərin Soçi görüşünə ümidlə yanaşır
Yerevan isə bu il danışıqlarda dönüş gözləmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər