Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?
Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?
Avropa Parlamenti bizim Milli Məclisə məktub hazırlayacaq
Şənbə, 23.01.2010

Fərəh mətn ölçüsü  

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə həm ölkənin özünə, həm də Avropa Komissiyasına bir siqnal idi ki, bu ölkə ilə əlaqələrinə diqqət yetirsin". Bunu Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Maryette Şaake Azərbaycan Media Mərkəzində keçirilən debatda canlı bağlantı zamanı bəyan etdi. Milli Məclisin Avropa Parlamentinə göndərdiyi etiraz məktubuna münasibət bildirən xanım Şaake həmin məktubla ətraflı tanış olandan sonra rəsmi səviyyədə cavab hazırlanacağını söylədi.

Avropa Parlamentinin üzvü bu məsələdə Azərbaycan hökumətini tələsik qərar verməkdə ittiham etdi: "Məncə, Azərbaycan hökuməti bu qətnaməyə çox tez və çox qərəzli cavab verdi. Bu qətnamənin əsas məqsədi həm hüquqları pozan ölkəyə, həm də Avropa Komissiyasına siqnal göndərmək idi. Avropa Parlamenti təkcə söz azadlığı deyil, bütün insan haqlarının durumundan narahatdır. Sadəcə, bu qətnamənin mövzusu söz azadlığına həsr edilmişdi. Biz Azərbaycanla ticari partnyor ölkəyik və istəmirik ki, Azərbaycan bizimlə işlədiyi bir vaxtda öz ölkəsində jurnalistlər üçün söz azadlığı məkanını daraltsın. Özü də bu məkan təkcə yerli jurnalistlər deyil, həm də xarici KİV-lər, o cümlədən BBC (söhbət xarici radiostansiyalardan gedir) üçün daraldılır.

Media Mərkəzinin təşkil etdiyi debatın iştirakçılarından Media Hüquqları İnstitutunun sədri Rəşid Hacılı qətnamədə vurğulanan məqamların düzgün olduğunu bildirdi. Onun fikrincə, Azərbaycanda demokratiyanın və söz azadlığının boğulması, jurnalistlərin döyülməsi, qanunsuz yerə həbs olunması göz qabağındadır. Rəşid Hacılı hesab edir ki, Azərbaycan mediası heç də hökumətin vurğuladığı kimi qeyri-peşəkar deyil: "Sadəcə, media çox zəifdir. Əgər hökumət açıqca deyə bilirsə ki, media qeyri-peşəkardır, deməli, media zəifləyib. Məncə, indiki imkanlar çərçivəsində Azərbaycan mediası kifayət qədər peşəkardır".

Azərbaycan hökumətinin etirazına qoşulan Demokratik İslahatçı Gənclər Birliyinin sədri Vüsalə Hüseynova isə Avropa Parlamentini Azərbaycana qarşı qərəzli münasibət göstərməkdə ittiham etdi: "Niyə bu qurum Azərbaycanın milyonlarla qaçqın və məcburi köçkünləri ilə bağlı qətnaməyə bir kəlmə də olsun söz salmayıb? Məncə, bu cür qətnamələr Avropa ölkələrindəki erməni lobbisinin sayəsində ortaya çıxır". V.Hüseynova hesab edir ki, Avropa ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanı nələrəsə məcbur etmək üçün təzyiq vasitəsi olaraq bir-birinin ardınca belə qətnamələr qəbul edirlər.

Debatın yekununda Maryette Şaake Azərbaycan gəncləri və KİV mənsublarına bu mübahisəli qətnamə ilə bağlı şərhlərini onun elektron poçtuna göndərməyi təklif etdi. Xanım Şaake bu il ərzində ölkəmizə gəlib real vəziyyətlə yaxından tanış olacağını da bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli Məclis ABŞ-a etiraz bildirəcək

Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Parlament bu illik işini bitirdi

Bölmənin digər xəbərləri
 
Hərbi komissarlıqları neyləməli?
Köhnə sistem işə yaramır, yenisi isə vaxt istəyir

Parlament seçkilərinə xarici müdaxilə?
Əli Əhmədov: "İsa Qəmbərin fikirlərinə çox diqqətlə yanaşmaq lazımdır"

Bizim heyət Strasburqa yola düşüb
Qış sessiyası başlanır

Bakıda Azərbaycan-Rusiya humanitar forumu
Ramiz Mehdiyevdən sərt ismarıclar

Bloggerlərin apeliyasiya şikayətinə baxılma təxirə salındı
ABŞ isə internet azadlığına yeni töhfələr verəcəyini bəyan edib

Qorbaçov-Aqanbekyan planı - 20 Yanvar
"Udar" əməliyyatı - 137 şəhid, 744 yaralı, 800-ə yaxın qanunsuz həbs və onlarca itkin...

Separatizmi alovlandırmağa yeni cəhdlər
Satqınlar isə hər zaman tapılır

Ermənilər öz mahiyyətlərini bir daha sərgilədilər
Onların davranışı TBMM Xarici İşlər Komissiyasında mübahisə yaradıb

Qəbələ RLS-in taleyi necə olacaq?
Sergey Lavrov: "Konkret təhlükələrə qarşı kollektiv iş görmək imkanları yaranıb"

Bakı prezidentlərin Soçi görüşünə ümidlə yanaşır
Yerevan isə bu il danışıqlarda dönüş gözləmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər