Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Hərbi komissarlıqları neyləməli?
Hərbi komissarlıqları neyləməli?
Köhnə sistem işə yaramır, yenisi isə vaxt istəyir
Şənbə, 23.01.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Bu həftə diqqət mərkəzində olan məsələlərdən biri Azərbaycanın hərbi komissarlıq sistemində kütləvi ixtisarlar barədə xəbərlər oldu. Bu mövzu həftə ərzində mətbuatda intensiv şəkildə müzakirə edildi. Ekspertlərin ümumi rəyi belə oldu ki, həqiqətən də hərbi komissarlıq sistemində ciddi islahatların zamanı yetişib.

Azərbaycanda hərbi xidmətə çağırışın tarixi

Ehtiyatda olan polkovnik İldırım Məmmədovun sözlərinə görə, Azərbaycanda hazırda mövcud olan hərbi komissarlıq sistemi öz kökünü SSRİ-nin analoji qurumlarından götürüb. SSRİ dövründə Azərbaycanda mövcud olan hərbi komissarlıq sistemi Zaqafqaziya Hərbi Dairəsinə, dairə isə birbaşa Müdafiə Nazirliyinə tabe idi. Hərbi xidmətə çağırış SSRİ-nin "Ümumi hərbi mükəlləfiyyətlilik haqqında" qanunu ilə tənzimlənirdi. SSRİ dövründə 18-27 yaş arasında olan vətəndaşlar hərbi xidmətə çağırılırdı. Çağırış və tərxisolunma prosesi isə SSRİ Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən həyata keçirilirdi. Müvafiq qanuna görə, çağırışçılar sağlamlıq, ailə vəziyyəti, təhsillə bağlı möhlət hüququ ala bilərdi. SSRİ dövründə çağırış ildə 2 dəfə - yaz və payız mövsümündə həyata keçirilirdi. Xidmət müddəti Quru Qoşunlarında 2 il, Hərbi Dəniz Qüvvələrində 3 il idi. Ali təhsillilər üçün xidmət müddəti 6 ay azaldılırdı. O zaman SQ-də xidmət zamanı əks-ərazi prinsipi və müvafiq yerdəyişmə qaydaları gözlənilirdi. Bu zaman hərbi qulluqçuların xidmət şəraitinə adaptasiya məsələləri xüsusi diqqətə alınırdı. İ.Məmmədov onu da bildirdi ki, SSRİ dövründə hərbi komissarlıqların fəaliyyəti Nazirlər Kabinetinin qərarı, Müdafiə Nazirliyinin əmri ilə idarə olunurdu. Prosesə cavabdehliyi MN Təşkilat-Səfərbərlik İdarəsi daşıyırdı.

SSRİ-nin süqutundan sonra isə Azərbaycanda çağırış sistemi və hərbi komissarlıqların fəaliyyəti köhnə qanun üzərində quruldu.

REKLAM

Azərbaycanda hərbi komissarlıq sisteminin Zaqafqaziya Hərbi Dairəsinə tabeçiliyi 1992-ci ilin 1 iyununa qədər davam etdi. Növbəti illərdə "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanun qəbul edildi. Yarımmüstəqil qurum olan Hərbi Komissarlıqlar ordunun komplektləşdirilməsində iştirak edir, çağırışçıların uçotunu aparır, hərbi həkim komissiyalarını təşkil edir, ordudan ehtiyata buraxılmış vətəndaşları səfərbərlik ehtiyatı kimi uçota alırdı və s.

"Ayna"nın əməkdaşı ilə söhbətində "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, ilk vaxtlar rayon hərbi komissarlıqları hərbi hissələrin, özünümüdafiə taburlarının formalaşdırılmasında baza rolunu oynayırdı. Bu dövrdə hərbi komissarlıqlar yeganə iş qabiliyyətli struktur hesab edilirdi.

Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başladığı ərazi təcavüzü səbəbindən ölkənin hərbi çağırış sistemində ciddi tədbirlər görülməsi zərurəti ortaya çıxdı. Lakin bu zaman fikirlər haçalanırdı: ordunun hansı şəkildə qurulması, komplektləşdirilməsi ilə bağlı ortada yekdil fikir yox idi. Bu fikir ayrılığı bir neçə il davam etdi. Lakin hökumətdə çağırış sisteminin tərəfdarlarının çox olması səbəbindən qanunvericilikdə ordunun əsasən çağırış hesabına komplektləşdirilməsi barədə müddəalar əksini tapdı. Lakin bu istiqamətdə qanunvericilik təkmil hesab edilmirdi, dəyişikliklərin aparılması zəruriliyi ilə bağlı çıxışlar var idi. Amma müharibə şəraiti bu və digər islahatları ləngitdi.

Atəşkəs müqaviləsindən sonra isə Azərbaycanın hərbi xidmətə çağırış sistemində bu dəyişikliklər edildi:

- 1998-ci ildə Azərbaycan parlamenti çağırışın ildə 2 dəfədən 4 dəfəyə keçidi ilə bağlı qərar qəbul etdi. Belə fikirlər ortada idi ki, ildə iki dəfə çağırış ordunun tam olaraq komplektləşdirilməsinə imkan vermir.

- 1998-ci ildən sonra orduya çağırış əks-ərazi (100 km) prinsipi ilə gerçəkləşdirildi.

- 1998-ci ilin ortalarında Azərbaycanda birləşmiş hərbi komissarlıqların ləğvi prosesinə başlanıldı. Hər bir rayon üçün hərbi komissarlıq formalaşdırıldı.

- 1999-cu ilə qədər həqiqi hərbi xidmət 2 il, ali təhsillilər üçün 18 ay olduğu halda, 1999-cu ildən isə ümumi hərbi xidmət 18 aya, ali təhsillilər üçünsə 12 aya endirildi.

- 2001-ci ildə dövlət büdcəsinin təşəbbüsü ilə parlament hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə dəyişikliklər etdi. Yeni dəyişikliklə hərbi xidmətə çağırılmanın maksimum həddi 27-dən 35-ə artırıldı.

- 2006-cı ilin dekabrında Milli Məclisin iclasında "Hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna bir sıra dəyişikliklər qəbul edildi. Bu dəyişikliklər magistraturaya və aspiranturaya sənəd verənlərin, 2-ci qrup əlillərə himayədarlıq edən şəxslərin möhlət hüququnu ləğv edir, çağırış müddətini 20 gündən 30 günə qaldırırdı. Daha bir düzəliş ondan ibarət idi ki, artıq çağırışçılara bildiriş vərəqəsi göndərilməyəcəkdi. Prezidentin həqiqi hərbi xidmətə çağırış və müddətli hərbi qulluqçuların ehtiyata buraxılması barədə fərmanı çıxdıqdan sonra 20 gün ərzində çağırışçılar özləri yerli hərbi komissarlığa gəlməli idilər.

- 2007-ci ildən çağırışçıların hərbi hissələrə Biləcəri toplanış məntəqəsindən yox, rayon hərbi komissarlıqlarından hərbi xidmətə göndərilməsinə başlandı. Xatırladaq ki, ötən əsrin 70-ci illərində Biləcəri toplanış məntəqəsi mövcud olmayan dövrlərdə Azərbaycanda hərbi xidmətə çağırış da məhz rayon hərbi komissarlıqları tərəfindən həyata keçirilib.

- 2009-cu ilin martından başlayaraq çağırışçıların hərbi hissələrə göndərilməsi səlahiyyəti hərbi komissarlıqlardan alınaraq SQ Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinə verildi.

- Respublika Hərbi Komissarlığında və rayon hərbi komissarlıqlarında ixtisarlar prosesinə başlanıldı, Respublikanın Hərbi Komissarı general-leytenant Əliağa Hüseynov və onun tabeliyində olan bir neçə yüksəkrütbəli zabit vəzifələrindən çıxarılaraq ehtiyata göndərildi.

Çağırış sistemində gözlənilən dəyişikliklər

Son günlər ölkənin hərbi çağırış sistemində "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanunda yenidən dəyişiklik ediləcəyi ilə bağlı xəbərlər gəzir. Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) məlumatına görə, hazırda hökumət aşağıdakı bir neçə məsələ üzərində baş sındırır:

1. Hərbi xidmətə çağırışın yeni qaydalarının tətbiqi. Çağırışın aparılma qaydalarının yeni formaları. Araşdırmalar göstərir ki, Azərbaycan hərbi xidmətə yeni çağırış qaydalarının zəruriliyi perspektivi ilə üz-üzə qalıb: köhnə sistem artıq işə yaramır, yenisinin işə salınması isə xeyli vaxt apara bilər. Belə olduqda yaranacaq boşluğu necə doldurmalı? HATM-a daxil olan məlumata görə, hazırda hökumətdə fəal şəkildə müzakirə olunan məsələlərdən biri çağırışın yeni qaydalarında bələdiyyələrin və yerli icra strukturlarının rolunun artırılması ilə bağlıdır.

2. Hərbi komissarlıqların gələcək taleyinin müəyyənləşdirilməsi. 2009-cu ilin mart ayından etibarən rayon hərbi komissarlıqlarının ölkənin çağırış sistemində rolunun sürətlə azaldılması prosesinin aparıldığı müşahidə olunur. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, yaxın gələcəkdə rayon hərbi komissarlıqlarının hazırkı simalarının tamamilə ləğvi həyata keçiriləcək. Artıq bu iş aparılır, komissarlıqların bir sıra bölmələri ləğv edilir.

3.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
Parlament seçkilərinə xarici müdaxilə?
Əli Əhmədov: "İsa Qəmbərin fikirlərinə çox diqqətlə yanaşmaq lazımdır"

Bizim heyət Strasburqa yola düşüb
Qış sessiyası başlanır

Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?
Avropa Parlamenti bizim Milli Məclisə məktub hazırlayacaq

Bakıda Azərbaycan-Rusiya humanitar forumu
Ramiz Mehdiyevdən sərt ismarıclar

Bloggerlərin apeliyasiya şikayətinə baxılma təxirə salındı
ABŞ isə internet azadlığına yeni töhfələr verəcəyini bəyan edib

Qorbaçov-Aqanbekyan planı - 20 Yanvar
"Udar" əməliyyatı - 137 şəhid, 744 yaralı, 800-ə yaxın qanunsuz həbs və onlarca itkin...

Separatizmi alovlandırmağa yeni cəhdlər
Satqınlar isə hər zaman tapılır

Ermənilər öz mahiyyətlərini bir daha sərgilədilər
Onların davranışı TBMM Xarici İşlər Komissiyasında mübahisə yaradıb

Qəbələ RLS-in taleyi necə olacaq?
Sergey Lavrov: "Konkret təhlükələrə qarşı kollektiv iş görmək imkanları yaranıb"

Bakı prezidentlərin Soçi görüşünə ümidlə yanaşır
Yerevan isə bu il danışıqlarda dönüş gözləmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər