Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Azəri qızı Günel haqqında biabırçı açıqlamalar
Azəri qızı Günel haqqında biabırçı açıqlamalar
İş adamı Rza Zərrab gizli məqamları ortaya qoydu
Şənbə, 23.01.2010

Xatun mətn ölçüsü  

Azərbaycan əsilli iş adamı Rza Zərrabın uzun sürən sükutdan sonra "turuncitime.com"a verdiyi geniş müsahibəsindəki kəskin ittihamları Azəri qızı Günelin uzun zaman zehnindən silinməyəcək. Xatırladaq ki, xeyli müddət Günellə birlikdə olan Rza Zərrabın adı son bir ildə türkiyəli sənətçi Ebru Gündeşlə hallandırılırdı. Artıq onların nikaha daxil olduqları da deyilir. Lakin Rza Zərrab iddia edir ki, Günel onların birlikdə olmasını istəmir və mətbuata ürəkbulandıran açıqlamalar verir, iş adamı haqqında xoşagəlməz ittihamlar səsləndirir. Xatırladaq ki, Rza Zərrabın müsahibəsində Günelin atası Rəhman Zeynalovun da iştirakı bildirilir. Müsahibə iş adamının ofisində götürülüb və videolentə köçürülüb.

Jurnalist öncə Rza Zərrabın bu günlərdə Günelin evinin qarşısında yaxalanması ilə bağlı xəbərə fikir bildirib. Həmin yazının da müəllifi olan maqazinçi belə deyib:

"Yazı dərc olunan gecə saat 02:37-də telefon zəngi aldım. Danışan Rza Zərrab idi. Günelin Rza Zərrabın onun evinə gəldiyi barədə fikri və bu kimi açıqlamaları qarşı tərəfi danışmağa vadar etmişdi. İş adamı telefonda "madam haqqımda yanlış fikirlər var, mən də danışmaq haqqımdan istifadə edib, müsahibə vermək istəyirəm" deyib.

Səhəri gün baş tutan müsahibədə öncə başqa bir məsələyə aydınlıq gətirilib. Qeyd edək ki, Zərrabın neft milyonçusu olduğu deyilirdi. Lakin məlum olub ki, onun neftlə heç bir əlaqəsi yoxdur. O, gəmi inşaatı ilə məşğuldur.

Daha sonra mətləbə keçən iş adamı Ebru Gündeşin tanınmış və kifayət qədər zəngin müğənni olduğunu deyib və türk müğənni üçün 4 milyon dollar xərclədiyi barədə söylədiklərini yalan adlandırıb. O, 1 il əvvəl Ebru Gündeşlə evlənərək ömürlərinin sonlarına qədər birgə yaşamaq qərarına gəldiklərini və türk müğənni üçün 1 lirə belə xərcləmədiyini söyləyib. Rza Zərrab Günellə birgə olduğu 8 il ərzində isə ona 4 milyon dollardan da çox pul xərclədiyini və bunu sübut edə biləcəyini də dilə gətirib.

REKLAM

O, hər ay Günelə orta hesabla 125 min dollar xərclədiyini və bank sənədlərində də bunun yer aldığını nəzərə çatdırıb. Rza Zərrab Günelin tək son albomuna 350 min dollar xərc çəkdiyini qeyd edib və həmin albomu hazırlayan Sezgin bəyi də otağına çağıraraq bunu sübut edib. "Günel jurnalistləri aldatdı" O, Günelin son açıqlamasında Ebru Gündeşi aşağılamasının səbrini daşırdığını və bu səbəbdən birinci və sonuncu dəfə hər şeyi çılpaqlığı ilə dilə gətirdiyini vurğulayıb. Günelin atası Rəhman Zeynalovun "bunu sənə zorlamı etdirdik?" sualına cavabında isə deyib ki, Günellə olduğu müddətdə ona qadını kimi baxmaq insanlıq və kişilik vəzifəsi olub:

"Halal xoşu olsun. Amma məni narahat edən başqa səbəblər var. Keçən həftə Günelin evinə getməyim barədə məlumat yanlışdır. Günelin evindən 15 metr kənarda səsyazma studiyası var. Mediada yayımlanan foto da orada çəkilib. Bu Rəhman bəy, bu da mən".

Günelin atası da Rza Zərrabın bu sözlərini təsdiqləyir. Rza Zərrab məsələnin sensasion bir məqamını da açıqlayıb: "Rəhman bəy, həmin şəklin çəkildiyi gün sən məni dəfələrlə arayıb, yeməyə dəvət etdin. Mən də sənə dedim ki, əsla gəlmərəm, sənin qızın yenə bir oyun oynayar, oraya maqazinçiləri çağırar, gəlmirəm". Günelin atası da bunu təsdiqləyib: "Bəli, söylədin. 1 ildir ki, Rza da, qızım da 1 dəfə belə üz-üzə gəlmədilər və görüşmədilər. Görüşdürmərəm də, artıq bu iş bitib". Rza Zərrab bildirib ki, keçən həftə Günelin evinin qarşısında şəklin çəkilməsi onun üçün qurulan bir tələ olub: "Günelin atası ilə söhbət zamanı onların yaşadığı küçədəki səsyazma studiyasına gedəcəyimi söyləmişdim. Bir az sonra şəkillərim internet portallarını bürüdü".

O, Günellə birgə olduğu vaxt Ebru Gündeşlə əlaqəsinin olmadığını da dilə gətirib: "Atası da buradadır, Güneldən çoxdan ayrılmışdım. Bizim Günellə ayrılmağımızın başqa səbəbi var və Ebru Gündeşlə münasibətlərimizdən 2 ay əvvəl baş vermiş bir olaydır. Ancaq Günel də bilir ki, mən Ebru Gündeşin heyranı idim". Bu yerdə Günelin atasının müdaxiləsi ciddi qalmaqal yaradır. Rəhman Zeynalov deyir ki, onun qızını hamı tanıyır, Ebru Gündeşin də hansı yuvanın quşu olduğunu hər kəs bilir. Rza Zərrab isə onun üstünə yüksək səslə qışqırır:

"Mənə sən deyil, milyon sənin kimisi bir araya gəlsə də, Ebruya tək bir söz söyləyə bilməz. Onun haqqında bir kəlmə söz söyləsən, bu işin sonu sənin üçün pis olar. Ebru Gündeş mənim həyatımdakı qadındır". "Günelin atasının ev kirayəsini hələ də mən ödəyirəm" Rza Zərrab Günelin olduğu qadın salonuna gələrək atəş açmasını da inkar edib və həmin qadın salonunun sahibini də otağına çağırtdırıb. O şəxs də bunu yalan adlandırıb, həmin gün Rza Zərrabın Günelin qadın salonuna olan 800 dollar borcunu ödədiyini bildirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var


Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir

Azəri qızı Günel teleaparıcı oldu

Bölmənin digər xəbərləri
 
Alişan hərbi xidmətdən yayınıb
Borcunu yerinə yetirməmək üçün "Tepecikspor"la müqavilə imzalayıb

Elnarə efirə qayıdır
Bu dəfə həyat yoldaşı ilə aparıcılıq edəcək

"Eurovision" rəqs müsabiqəsi təxirə salındı
Müsabiqənin növbəti tarixi bəlli deyil

Fərda Xudaverdiyev müğənnilərə şərik çıxıb
Əvvəlcə müğənnilər aktyorun, sonra isə aktyor müğənnilərin "çörəyini əlindən alıb"

Dünya ulduzları "Haiti üçün ümid" xeyriyyə kampaniyasında
Onlar zəlzələdən ziyan çəkənlərə yardım edəcəklər

İbrahim Tatlısəs təyyarəsini təzələdi
Bu yenisini kreditlə alıb

Samir Cavadzadə və Elnur - narkotika aludəçisi?
"Röya" dərgisində onların bu səbəblə suçlandıqları iddia olunur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər