![]() |
çap et |
|
|||
Ötən ay müəyyən fasilədən sonra yeni formatda işıq üzü görən "Röya" dərgisində müəyyən dəyişiklik nəzərə çarpıb. Dərginin baş redaktoru Pərviz Əsgərov eyni ənənənin bu günlərdə işıq üzü görəcək növbəti buraxılışında da qorunacağını bildirdi.
Baş redaktorun sözlərinə görə, üz qabığında Röya və oğlu Hüseynin şəkli olacaq. Xatırladaq ki, müğənni oğlunun görüntüsünü ilk dəfə özünün adını daşıyan dərgidə sərgiləyir. Baş redaktor dərgidə yer alan digər maraqlı məqamlardan söz açıb. Bildirib ki, müğənni Ayazın, Zamiqin, həmçinin teleaparıcılar Azər və Vüsalənin toyundan maraqlı və heç yerdə görünməyən fotolar bu jurnalda dərc edilir. Bundan başqa, "Eurovision-2009"un 3-cüsü Aysel Teymurzadənin şəxsi həyatı ilə bağlı maraqlı məqamlar jurnalda əksini tapıb. Röyanın yaxın dostları olan Samir Cavadzadə və Elnurla bağlı yazı da var. Amma onların narkotik maddə qəbul etməkdə suçlandıqları bildirilib. Daha bir ailə münasibətindən danışan "Röya"ya Zülfiyyə Xanbabayeva qızı, həyat yoldaşı barədə maraqlı açıqlamalar verib. Uzun müddətdir bitməyən Aygün Kazımova və Natəvan Həbibi qalmaqalına jurnalda daha bir aydınlıq gətirilib. Səhifəsinin sayını bir qədər də artıran dərgi "Yağ kimi"nin aparıcısı Zaurun açıqlamaları və s. maraqlı xəbərlərlə oxucularının görüşünə gəlir. |