İbrahim Tatlısəs bu yaxınlarda özünə 5 milyon dollarlıq təyyarə alıb. "Köhnə təyyarəmi satıb əvəzində kredit ilə yenisini aldım. Yeni təyyarəni ancaq bu yolla əldə edə bilərdim. Borca düşmək xoşuma gəlmir", - deyə müğənni bildirib.
Xatırladaq ki, İbrahim Tatlısəs 2006-cı ildə aldığı "Bickraft 200" təyyarəsini 2008-ci ildə ingilislərə, 1998-ci ildə aldığı "Siteyns" təyyarəsini isə 2001-ci ildə isveçlilərə satıb. Sənətçi yeni təyyarəsindən səyahət üçün istifadə edəcəyini deyir.
|