Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovision" rəqs müsabiqəsi qeyri-müəyyən vaxta kimi təxirə düşüb. Bu barədə Avropa Yayımları Birliyinin nümayəndəsi Svante Stokselius mətbuat konfransı zamanı bildirib. Hələlik fasilənin ən azı 2 il olacağı ilə bağlı qərar qəbul edilib. Xatırladaq ki, sayca üçüncü olan müsabiqə Bakıda keçirilməli idi. Əvvəlcə müsabiqə 2009-cu ilin payızına nəzərdə tutulsa da, sonradan iştirakçı çatışmazlığı səbəbindən onu təxirə salmışdılar.
Qeyd edək ki, ilk iki müsabiqə London və Qlazqoda keçirilib. Şərtlərə görə, hər ölkə bir peşəkar və bir qeyri-peşəkar cütlük təqdim edir. Hər nömrənin vaxtı 2 dəqiqədən çox olmamalıdır və milli xarakteri özündə cəmləşdirməlidir.