![]() |
çap et |
|
|||
Ötən ilin son aylarında ana olan müğənni Elnarə ANS televiziyasında aparıcısı olduğu "El bilir ki" adlı verilişinin yayımını bu səbəbdən dayandırmışdı. Hazırda övladının qayğısı ilə ailə üzvlərinin məşğul olduğunu bildirən müğənni yenidən ekrana qayıdır. Lakin verilişi bu dəfə tək deyil, həyat yoldaşı, bir sıra verilişlərə aparıcılıq edən Rövşən Cahangirovla birlikdə idarə edəcək. Bundan başqa, müğənni daha bir telelayihə təklifi alıb və onu dəyərləndirməyi düşünür. Müğənni konkret qərara gəlmədiyindən, mövqeyini açıqlaya bilmədi.
ANS-dəki layihə barəsində isə onun həyat yoldaşı danışıb: "El bilir ki" verilişi tezliklə ekrana qayıdacaq. Verilişin heyəti çox maraqlı və istedadlı uşaqlardan ibarətdir. Bu səbəbdən biz onlarla işləməyə qərar vermişik. İkinci telelayihə də real həllini taparsa, biz birlikdə çalışacağıq. Bu, televiziya mütəxəssisi İlqar Mikayıloğlunun layihəsidir və vətənpərvər tərzdə olacaq". |