Türkiyə Futbol Federasiyası idarə heyəti 2-ci liqa komandası "Tepecikspor"un oyunçusu, ünlü sənətçi Alişan Serkan Tektaşın lisenziyasını ləğv edib. Komandanın kapitanı Temel Eyyuboğlu isə TFF intizam təlimatnaməsinin 45-ci (təlimatlara zidd hərəkətlər) və 47-ci (saxtakarlıq və qəsdən çaşdırma) maddələrini pozduğu üçün intizam məsuliyyətinə cəlb ediləcək. Bu barədə türk mətbuatı yazıb.
Xəbərlərdə deyilir ki, Alişan Tektaş hərbi xidmətdən yayınmaq üçün heç kimin ağlına gəlməyən bir yol tapıb. Alişan 1 və 2-ci liqalarda oynayan futbolçular üçün 38 yaşa qədər hərbi xidməti təxirə salan qanundan istifadə etmək üçün 2-ci liqada oynayan "Tepecikspor"la müqavilə imzalamışdı.
|