"Bomba"çı direktor iş aldı
 |
Öz məktəbinə bomba qoyulduğu barədə polislə "zarafat edib"
Şənbə, 23.01.2010
|
|
Terror barədə yalan məlumat verməkdə ittiham olunan Şəmkir rayonunun Çənlibel kənd orta məktəbinin direktoru, 1956-cı il doğumlu Hidayət Hüseynova hökm oxundu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hidayət Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edildi.
Hüseynov sərxoş vəziyyətdə 2009-su il oktyabrın 17-də Şəmkir rayon Polis Şöbəsinə, sonra isə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək, rəhbərlik etdiyi orta məktəbə bomba qoyulması barədə xəbər verib. Məktəbdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparsalar da, məlumat təsdiqini tapmayıb. Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hüseynov 1990-cı ildən isə məktəb direktoru vəzifəsində idi. Ümumilikdə 33 illik "pedaqoji təcrübə"sinin olduğu deyilir. Hiss olunur...
|
|
|
|
|
|
|