Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Nə qədər istəsən pul verərəm"
"Nə qədər istəsən pul verərəm"
Sərnişini zorlayan sürücüyə - 9 il!
Şənbə, 23.01.2010

H.Zeynalov mətn ölçüsü  

Tərlan Həsənov 2009-cu il fevralın 8-də axşam təxminən saat 23 radələrində Bakı şəhəri, Xətai rayonunun Neapol küçəsində yerləşən "Ukrayna" dairəsinin yaxınlığında, idarə etdiyi "Otoyol İveco" markalı avtobusda sərnişin Samirənin (ad şərti verilib) əmlakını ələ keçirmək qərarına gəlib. Bu məqsədlə əlindəki metal parçası ilə sərnişinə basqın edərək, ona ağır bədən xəsarəti yetirəcəyi ilə hədələyib və çantasındakı 170 manat pulunu əlindən alıb.

Bununla kifayətlənməyən sürücü öz hərəkətlərini davam etdirərək, avtobusun salonunda qadına yenidən hədə-qorxu gələrək onunla zorla intim əlaqədə olub. Qadının polisə şikayət etməsindən bir gün sonra Tərlan Həsənov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tərlan Həsənov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində bildirib ki, 8 fevral 2009-cu ildə təxminən saat 22 radələrində, idarə etdiyi avtobusla 9-cu mikrorayon ərazisindən keçərkən avtobusa sərnişin qismində əvvəllər tanımadığım, sonradan şəxsiyyəti məlum olan Samirə əl qaldırıb. Sürücünün ifadəsi:

"Mən də avtobusu saxlayıb onu götürdüm. Avtobusda həmin qadından başqa sərnişin yox idi. Yolda Samirə ilə söhbət edərkən onun Həzi Aslanov qəsəbəsində yaşadığını öyrəndim. Onu həmin qəsəbəyə apararkən, "Ukrayna" dairəsinin yaxınlığında avtobusun işığı xarab oldu. İşığı təmir etmək üçün avtobusu saxladım və salona keçib Samirəyə mənimlə yaxınlıq etməyi təklif etdim və bunun müqabilində nə qədər pul istəsə verəcəyimi dedim. Samirə isə məni şillə ilə vuraraq itələdi, mən də onu itələdim. Bu zaman Samirə oturacağın üstünə yıxıldı, sonra isə dərhal ayağa qalxaraq çıxıb getdi. Samirə gedəndən sonra mən idarə etdiyim avtobusla öz evimizə gəldim. Səhəri gün həmin qadının məndən polisə şikayət etdiyini bildim. Mən Samirəyə pul təklif edərək onunla cinsi əlaqədə olmaq istəmişəm, lakin ona zor tətbiq etməmişəm, nə də onun zorla pulunu əlindən almamışam. Samirənin bu barədə göstərdikləri yalandır. Onun mənə qarşı belə ifadə verməsinin səbəbini bilmirəm".

Məhkəmədə ifadə verən zərərçəkmiş isə təqsirləndirilən şəxsin yalan danışdığını bildirib. O, Tərlan Həsənov tərəfindən zorlandığını iddia edib.

Bütün tərəfləri dinləyən hakimlər isə sonda hökm elan ediblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Tərlan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Məhkəmə seksual manyakı qətlə yetirənləri təqsirli çıxardı

Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər

Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər

Yeni iritutumlu avtobuslar istifadəyə veriləcək

Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu

Bölmənin digər xəbərləri
 
Adam oğruları və həriflənmiş kölələr
Buradan aldadılıb aparılanlar Rusiyada bir qarın çörəyə qul kimi işlədilib

Reket əsgərlər
Hərbi hissədə əsgərlərdən pul tələb ediblər, verməyə nə isə - işgəncə...

"Bomba"çı direktor iş aldı
Öz məktəbinə bomba qoyulduğu barədə polislə "zarafat edib"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər