Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Adam oğruları və həriflənmiş kölələr
Adam oğruları və həriflənmiş kölələr
Buradan aldadılıb aparılanlar Rusiyada bir qarın çörəyə qul kimi işlədilib
Şənbə, 23.01.2010

Hacı Zeynalov mətn ölçüsü  

Adam oğurluğunda ittiham olunan Zamin Kərimov və Şahin Fətəliyevin məhkəməsi başa çatıb. Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Bu qalmaqallı cinayət işini araşdırmaq hakim Fikrət Qəribovun icraatına düşüb.

Təqsirləndirilən şəxslər Ucar rayon sakinləri - Babayev Elşad Fərhad oğlunu, Cəlilov Hilal Səmid oğlunu, Əsgərov Ramil Əsgər oğlunu, İsmayılov Mahmudəli Əhməd oğlunu, Xasıyev Rəfail Xası oğlunu, Bağırov Emin Əlövsət oğlunu, İsrafilov Vüqar Mehman oğlunu, Rəhimov Səbuhi Mürsəl oğlunu, Məmişov Hidayəddin Batil oğlunu və Abdullayev Kamil Nadirşah oğlunu Rusiya Federasiyasının Samara şəhərində inşa ediləcək binaların tikintisinə görə yüksək məvacib alacaqları, yaşayış və digər sosial təminatlarla təmin olunacaqları ilə aldadaraq, yol xərclərini özləri çəkməklə 2008-ci il aprel ayının əvvəllərində Samara şəhərinə göndəriblər.

Yatmaq yeri - it damı, zirzəmi, quyu

Zərərçəkmişləri Şahin Fətəliyevin Samara şəhərində olan qardaşı Aris Fətəliyevə məxsus fərdi yaşayış evində hər hansı bir şəraiti olmayan zirzəmidə, eləcə də müxtəlif qapalı yerlərdə saxlayıblar.

Zərərçəkmişlər təklif olunmuş işləri yerinə yetirməkdən imtina etdikdə onlara məxsus ümumvətəndaş pasportlarını alaraq, onları döyməklə it yuvasına və avtomaşın təmiri üçün nəzərdə tutulmuş quyuya salaraq üstünü bağlayıblar, həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq ediblər. Onlar zərərçəkmişlərə zorakılıq tətbiq etmək hədəsi ilə, eləcə də işgəncə və qeyri-insani rəftar etməklə bir sıra işlərin yerinə yetirilməsinə məcbur ediblər.

Məhkəmədə ifadə verən təqsirləndirilən Şahin Fətəliyev 2008-ci il mart ayının əvvəllərində Babayev Elşad Fərhad oğlunu, 2008-ci il mart ayının axırlarında isə Əsgərov Ramil Əsgər oğlunu, İsmayılov Mahmudəli Əhməd oğlunu, Xasıyev Rəfail Xası oğlunu və şəxsiyyətləri istintaqa məlum olmayan çoxlu sayda şəxsləri Samara şəhərində inşa ediləcək binanın tikintisinə görə yüksək məvacib alacaqları, yaşayış və digər sosial təminatlarla təmin olunacaqları ilə əlaqədar yol xərclərini özü çəkməklə 23 aprel 2008-ci il tarixdə Samara şəhərinə apardığını deyib.

Şahin Fətəliyev ifadəsində göstərib ki, onun qardaşları Fəzail, Rahis və Aris 20 ildən artıqdır Samarada yaşayıb işləyirlər. Onun sözlərinə görə, Fəzail Samara şəhərində "Blaqo" adlanan tikinti şirkətində şirkətin direktoru, Aris isə onun müavini işləyir: "2008-ci ilin aprel ayında bir çox şəxsləri tikintidə işləmək üçün Samara şəhərinə aparmışam. Fəhlələrə görüləcək işlərə görə ödəniləcək məbləğləri, yəni həmin işlərin qiymətlərini təqdim etmişəm və hər kotecə görə təxminən 750000 rubl alacaqlarını demişəm. İşçilər ilkin olaraq razılaşmasalar da, fəhlələrə ödəmənin yalnız həmin qiymətlərlə olacağını bildirmişəm. İşçilər razılaşdıqdan sonra işə başlayıblar. Bir müddət onlara yalnız həftəlik hər şəxsə 500-700 rubl yemək pulu verilib. Təxminən bir ay işlədikdən sonra Mahmudəli, Emin və Ramil iş yerlərindən qaçıb, 2-3 gün sonra onun bacısı oğlu Elmir və sürücü Zamin onları yaxınlıqdakı qəsəbələrin birindən tapıb, yaşadıqları evə gətirib. Səhəri gün onları yenidən işləmələri üçün Starı Smeykina qəsəbəsinə aparmışıq".

İşgəncə üsulları: təpik, şillə, zopa, şallaq...

Şahin Fətəliyev qeyd edib ki, işdən narazı qalan fəhlələr Mahmudəli və Ramil iş yerlərindən qaçmışlar, bacısı oğlu Elmir və sürücüsü Zamin onları yaxınlıqdakı qəsəbələrdən birində taparaq yaşadıqları evə gətirərək orada onları əvvəlcə döyüblər, sonra isə maşın çuxuruna salıblar. Onun sözlərinə görə, Emil adlı Ucar rayonundan olan bir şəxsi də döyüb quyuya salıblar.

Məhkəmə prosesində zərərçəkmiş qismində dindirilmiş Hidayəddin Məmişov bildirib ki, 2008-ci il aprel ayının əvvəllərində əvvəllər tanımadığı Şahin adlı şəxs onun yaşadığı kəndə gələrək Samara şəhərinə tikintidə işləmək üçün danışıb. Onun sözlərinə görə, danışıqlardan sonra həm özünü, həm də işləmək üçün danışıb razılaşmış digər şəxslərin pasportlarını Şahinə verib.

Zərərçəkmiş şəxs Rəfail Xasıyev ifadəsində göstərib ki, Samara şəhərində tikintidə işləyən zaman orada işləyənlərdən hər hansı biri narazılıq etmək istəyərkən Şahin, onun bacısı oğlu Elmir və sürücüsü Zamin onların pasportlarını əllərindən alaraq özlərini ölümlə hədələyiblər.

Digər zərərçəkmiş Ramil Əsgərov bildirib ki, Samara şəhərində tikintidə işləyən zaman pasportlarının onlara qaytarılmasından istifadə edərək Mahmudəli, Emil və daha bir fəhlə oradan qaçmaq qərarına gəliblər.

Onun sözlərinə görə, Samaranın Kinel adlanan qəsəbəsinə gedərək Ruslan adlı azərbaycanlı bir oğlanın mənzilində qalıblar: "Səhəri gün Şahin və onun 10 nəfər qohumu bizim qaldığımız yeri bilərək dalımızca gəlmiş, zorla maşına mindirib və əvvəl qaldığımız zirzəmisi olan həyətə gətirdilər. Orada Şahinin göstərişi ilə bacısı oğlu Elmir, qardaşı oğlu Rauf, qardaşları Rais və Fəzail, sürücüsü Zamin və əslən Zərdab rayonundan olan Rasim adlı şəxs bizi möhkəm döydülər, növbəti dəfə qaçacağımız təqdirdə isə öldürəcəkləri ilə hədə-qorxu gəldilər. Sonra Elmir və Zamin məni həyətdə olan it yuvasına saldılar. Bundan sonra Şahinin böyük qardaşı Fəzailin göstərişi ilə Zamin və Elmir məni, Mahmudəli və Emini həyətdə avtomobil təmiri üçün nəzərdə tutulan quyuya salaraq üstümüzü taxta ilə bağladılar, quyunun üstündə "Qazel" markalı avtomobili saxladılar ki, qaça bilməyək".

Hakim qarşısında

Zərərçəkiş Elşad Babayev deyib ki, Şahin, onun bacısı oğlu Elmir, qardaşları Rais, Fəzail və Aris, sürücüsü Zamin hamının gözü qarşısında aralarında işləmək istəməyənləri və qaçmaq istəyənləri döyüb, işgəncə veriblər. Onun sözlərinə görə, işgəncələrə məruz qaldıqdan sonra yenidən onları tikintiyə qaytarıb, pasportlarını isə yenidən əlindən almışlar:

"Təxminən 3 gün sonra mən Şahinə qəti sürətdə etirazımı, işləmək istəmədiyimi bildirdim. Mənim çoxsaylı təkidlərimdən sonra Şahin Azərbaycana qayıtmağıma razılıq verdi. Şahin əvvəlcədən mənə qayıtmağım üçün 200 ABŞ dolları vermək istəsə də, lakin Azərbaycana qayıdanda pul vermədi".

Bütün tərəfləri dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə Zamin Kərimov 3 il 2 ay, Şahin Fətəliyev 4 il müddətinə azadlıqdan məhrum ediliblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır

Növbəti hakim qalmaqalı

Əcnəbilərin infeksion daşıyıcısı olub-olmadığı yoxlanılmır

Azərbaycan atleti Avropanın ən güclüsüdür

Bölmənin digər xəbərləri
 
Reket əsgərlər
Hərbi hissədə əsgərlərdən pul tələb ediblər, verməyə nə isə - işgəncə...

"Nə qədər istəsən pul verərəm"
Sərnişini zorlayan sürücüyə - 9 il!

"Bomba"çı direktor iş aldı
Öz məktəbinə bomba qoyulduğu barədə polislə "zarafat edib"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər