Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Nazirlik və komitələr Hesablama Palatasının hədəfində
Hər yerdə oğurluq, mənimsəmə, qanunsuzluq...
Şənbə, 23.01.2010

mətn ölçüsü  

Dövlət maliyyə inzibatçılığını həyata keçirərkən çevik nəzarət sisteminin yaradılması olduqca zəruridir. İndiki dünya böhranı şəraitində bütün dövlətlərin öz maliyyə büdcə siyasətinin formalaşdırılmasına xüsusi diqqət ayırması ölkəmizdə də maliyyə nəzarətinin dərinləşdirilməsini zəruriləşdirir. Bu baxımdan Hesablama Palatasının üzərinə çox ciddi məsuliyyət və vəzifələr düşür. Palata dövlət vəsaitlərindən səmərəli istifadəyə və onun nəticəliliyinin artırılmasına təsir edən ən vacib amillərdən biri kimi müvafiq dövlət strukturlarında maliyyə sisteminin gücləndirilməsinə və onun təsir dairəsinin daha da genişləndirilməsinə nail olmaq niyyətindədir.

Yeri gəlmişkən, qurumun rəhbərliyi ötən ildən etibarən Hesablama Palatasına əlavə səlahiyyətlər verildiyini və palatanın özünün yerli strukturlarını yaratmaqla, dövlətə dəyən zərərin ödənilməsi ilə bağlı konkret addımlar atmaq istəyini də bəyan edib. Belə ki, palata səlahiyyətlərindən istifadə edərək dövlət vəsaitlərini mənimsəyən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara təqdimatlar göndərmək, həmin təqdimatlar icra edilmədiyi təqdirdə isə həmin qurumların xəzinə və bank hesablarına müdaxilə edərək xərcləri və ümumilikdə əməliyyatları dayandırmaq barədə tədbirlər görmək fikrini açıqlayıb.

Belə çıxır ki, Hesablama Palatası 2010-cu ildə dövlət təşkilatlarında və bir sıra şirkətlərdə maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da gücləndirəcək. Palata böhranla bağlı büdcə vəsaitlərinin bir sıra sahələr üzrə azaldılmasına baxmayaraq, həmin pulların təyinatı üzrə xərclənməsini də diqqətdə saxlayacaq. Palatadan verilən məlumata əsasən, bu, məktəb, xəstəxana tikintisi, yol çəkilişi, körpü və yol ötürücüsü, keçidlərin inşası, elektrik stansiyalarının yenidən qurulması, digər təmir-bərpa işləri ilə bağlı müxtəlif nazirlik və komitələrə ayrılmış pulların hər qəpiyinə kimi necə xərclənməsi araşdırılacaq.

Auditorlar "Azəriqaz"da nələr aşkarlayıb?

Hazırda Hesablama Palatasının auditorları 2009-cu il üzrə maliyyə vəsaitlərinin auditini aparırlar. Ötən müddət ərzində bəzi layihələrm üzrə vəsaitlərin şişirdilməsi hallarına rast gəlindiyi haqda məlumatlar isə mətbuata sızmaqdadır. Palatanın auditorları apardıqları yoxlamalar zamanı "Azəriqaz"ın səhmdar cəmiyyət kimi fəaliyyət göstərdiyi dövrdə fəaliyyətində müxtəlif xarakterli nöqsanlar aşkar edilib. Yoxlamalar zamanı vəsaitlərin mənimsənilməsi müxtəlif sahələri əhatə edib.

Təhsil və səhiyyə ocaqlarında mənimsəmələr

Palatanın əməkdaşları ötən il bəzi təhsil və səhiyyə müəssisələrində bir sıra qanunsuzluqların aparılması hallarını müəyyən ediblər. Biləsuvar, Qazax və Salyanda böyük məbləğdə səhiyyə xərclərinin mənimsənilməsi aktlaşdırılıb. Hər üç rayonda səhiyyə müəssisələrində artıq ştat vahidlərinin saxlanması, artıq kabinələrin yaradılması, digər neqativ hallar baş verib. Bu rayonlarda inventar və tibbi avadanlıqların bərpasına yönəldilən vəsaitlərin məbləği şişirdilib. Təkcə Salyan rayon mərkəzi xəstəxanasında 127 min manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.

Kompüter, stol, stul yoxa çıxıb...

Həmin rayonların təhsil sistemində də yeyinti halları üzə çıxıb. Belə ki, məktəblərə göndərilməsi nəzərdə tutulan avadanlıqlar yoxa çıxıb, kompüter, stol, stul və digər vəsaitlərin də məktəblərə çatdırılması yerinə yetirilməyib. Bunula bağlı HP Təhsil Nazirliyinə müraciət edib. Hətta qurum TN-in nəzdindəki Maddi-Texniki Təchizat İdarəsinin fəaliyyətinin yoxlanmasını da irəli sürüb.

Gəncə, Quba, Şəkidə isə sosial müavinətlərin və pensiyaların verilməsində və pensiyaçıların uçotunda problemlər aşkar olunub. Məsələn, pensiyaların təyini ilə bağlı ciddi nöqsanlar üzə çıxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bir sıra fəaliyyət sahələrinə lisenziya verərkən qanunun tələblərinə riayət etməyib. Əsasən də balıq ovu ilə bağlı lisenziya verilərkən qanunsuzluğa yol verilib.

Palatanın rəhbərliyi onu da bəyan edib ki, 2010-cu ildə nəzərdə tutulmuş layihələr üzrə auditin miqyası genişləndiriləcək və həmin layihələrə yönəldilmiş vəsaitlərin xərclənməsində neqativ hallar aşkar olunarsa, bununla bağlı prokurorluq oranlarına müraciət etmək məcburiyyətində qalacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Neftdə çalışanların güzəştləri bir-bir ləğv olunur
Dövlət Neft Şirkəti bir sıra sosial layihələri təxirə salıb

2010-cu ildə ölkədə inflyasiya artacaq
Arif Vəliyev: "Bu il əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir"

Avtomobillərin sığortası üzrə vahid qaydalar
Məsələ ondadır ki, hazırda hər bir sığorta şirkətinin avtomobil sığortası üzrə öz fərdi qaydaları var ki, bu da sığorta edənlər üçün müəyyən çətinliklər yaradır.

Büdcəyə daxilolmalar 50 faiz azalacaq
Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər qüvvəyə mindi.

Dünya bazarlarında şəkərin qiyməti qalxıb
Dünya bazarında şəkərin qiyməti görünməmiş həddə qalxıb. İndi birjalarda şəkərin bir kiloqramı 70 sentə satılır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər