Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
2010-cu ildə ölkədə inflyasiya artacaq
2010-cu ildə ölkədə inflyasiya artacaq
Arif Vəliyev: "Bu il əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir"
Şənbə, 23.01.2010

Eldəniz mətn ölçüsü  

Dünən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev Azərbaycanın 2009-cu il üzrə makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirib. Tədbir çərçivəsində A.Vəliyev qeyd edib ki, ötən il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 9,3% və ya müqayisəli qiymətlərlə 3,7 mlrd. manat artaraq 34,6 mlrd. manata çatıb. Adambaşına isə 3.917,3 manatlıq (4.874,1 ABŞ dolları), yaxud 2008-ci ildəkindən 7,9% çox əlavə dəyər istehsal olunub.

A.Vəliyev onu da bildirib ki, hesabat ilində sənaye müəssisələrində çalışanların və sənaye məhsulu istehsalı ilə məşğul olan fiziki şəxslərin səyi nəticəsində 22,2 mlrd. manatlıq məhsul istehsal olunaraq 2008-ci illə müqayisədə 8,6% artıb: "Sənaye məhsulunun 75,7%-i istehsal olunmuş mədənçıxarma bölməsində 50,4 mln. ton neft və 16,3 mlrd. kubmetr qaz hasil olunub".

Ölkənin digər makroiqtisadi göstəricilərinə gəldikdə isə Arif Vəliyev vurğulayıb ki, 2009-cu ildə kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 3,5%, nəqliyyatla yük daşınması 3,7%, rabitə xidmətləri 13,1%, iqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 8,6%, əhalinin gəlirləri 8%, əhalinin banklardakı əmanətləri isə 24,5% artıb.

DSK sədri həmçinin bildirib ki, 2010-cu ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1,301 mln. nəfər olub və onların ölkə iqtisadiyyatında məşğul olan əhalinin hər 1000 nəfərinə düşən sayı 319 nəfər təşkil edib.

Azərbaycanda demoqrafik vəziyyətə gəldikdə isə Arif Vəliyev qeyd edib ki, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin sayı 8,997 mln. nəfərə çatıb və ötən il ərzində 100 min nəfər və yaxud 1,1% artıb: "Cari ilin yanvar ayının ortalarında isə 9 milyonuncu Azərbaycan sakini dünyaya gəlib. Hazırda ölkədə əhalinin sıxlığı 1 kv. km-ə 104 nəfər təşkil edir. Əhalinin 54,2%-i şəhər, 45,8%-i isə kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir və hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür".

Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda bu ilin sonunadək inflyasiya səviyyəsinin 5-7% civarında olacağı gözlənilir. Onun sözlərinə görə, 2009-cu il ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilə nisbətən 1,5% artıb, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 3,4%, xidmət tarifləri 7,1% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,5% ucuzlaşıb: "Cari ilin sonunda isə inflyasiya ötənilki kimi bir rəqəmli qalacaq, lakin builkindən fərqli olaraq 5-7% civarında olacağı gözlənilir. Bu il ərzində əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir".

DSK sədri onu da qeyd edib ki, inflyasiyanın sürətlənməsi inhisarçılıqla yanaşı, qiymətlərin süni artırılması ilə bağlıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

BMT Azərbaycan hökumətini tənqid etdi

Uşaqlara çəkilən xərclər artıb

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

İlhamə Quliyeva hesabata hazırlaşır

Bölmənin digər xəbərləri
 
Neftdə çalışanların güzəştləri bir-bir ləğv olunur
Dövlət Neft Şirkəti bir sıra sosial layihələri təxirə salıb

Nazirlik və komitələr Hesablama Palatasının hədəfində
Hər yerdə oğurluq, mənimsəmə, qanunsuzluq...

Avtomobillərin sığortası üzrə vahid qaydalar
Məsələ ondadır ki, hazırda hər bir sığorta şirkətinin avtomobil sığortası üzrə öz fərdi qaydaları var ki, bu da sığorta edənlər üçün müəyyən çətinliklər yaradır.

Büdcəyə daxilolmalar 50 faiz azalacaq
Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər qüvvəyə mindi.

Dünya bazarlarında şəkərin qiyməti qalxıb
Dünya bazarında şəkərin qiyməti görünməmiş həddə qalxıb. İndi birjalarda şəkərin bir kiloqramı 70 sentə satılır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər