Hal-hazırda Ayna qəzetinin 23.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Neftdə çalışanların güzəştləri bir-bir ləğv olunur
Neftdə çalışanların güzəştləri bir-bir ləğv olunur
Dövlət Neft Şirkəti bir sıra sosial layihələri təxirə salıb
Şənbə, 23.01.2010

A.Akif mətn ölçüsü  

Dövlət Neft Şirkəti 2009-cu ildə olduğu kimi, bu il də idarəetmə sistemində dünya böhranının təsirlərini nəzərə alacaq və ehtiyatlı olmağa çalışacaq. Şirkət 2009-cu ildə hazırladığı Antiböhran Proqramının tələblərini qüvvədə saxlayacaq. Neftin qiymətinin 80 dollara çatmasına baxmayaraq, DNŞ 2010-cu ildə bir sıra sahələrə pul xərcləməkdə qənaət edəcək. Bunun səbəbi sadədir: qlobal böhran hələ başa çatmayıb və mümkün neqativ hallarla üzləşməmək üçün indiki şəraitdə ehtiyatlı addımlar atmaq zəruridir.

DNŞ mütəxəssislərinin qənaətincə, neftin qiyməti təhlükəli həddən kənara çıxsa da, 2009-cu ilin birinci yarısında dünya bazarında neftin qiymətinin üç dəfədən artıq aşağı düşməsi şirkətin büdcəsinin gəlirlər hissəsində müvafiq azalma ilə müşayiət olunub. Ona görə DNŞ ötən il yarana biləcək əlverişsiz şəraitə hazırlığı yüksəltmək, ümumdünya maliyyə və iqtisadi böhranı ilə əlaqədar idarəetmə sistemini daha da təkmilləşdirmək və şirkətin normal fəaliyyətini təhlükə altına ala biləcək tendensiyalara qarşı tədbirlərin səmərəliliyini artırmaq baxımından bir sıra addımlara əl atmağa məcbur olub. Bu siyasət 2010-cu ildə də davam etdiriləcək.

Antiböhran Proqramının tələblərinə əsasən, bu il də DNŞ-nin əsas fəaliyyət sahələri üzrə məsrəflərin və özəlliklə qeyri-istehsal sahələrinə ayrılan xərclərin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması istiqamətində struktur dəyişikliklərinin aparılması, debitor və kreditor borcların restrukturizasiyası və s. tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin əvvəllərindən etibarən DNŞ sistemində olan bəzi idarə, birgə müəssisə, alyans və digər strukturlarda təqaüd yaşı tamam olmuş işçilərlə müqavilə bağlanması qadağan olunub. Məlumatlara görə, "Azşendli oyl", "Qobustan ÜŞ", "Binəqədi Oyl Kompanu", "Salyan Oyl", "Qarasu Oyl" və digər müəssisələrdə 500-dən çox işçi ixtisar olunub.

Neft sənayesində çalışanların bilgilərinə görə, dənizdə yüksək maaş alan işçilərə hər rüb verilən maaşa əlavələr, iş vaxtından artıq çalışanlara yazılan əməkhaqları, yemək xərcləri üçün verilən vəsaitlər, yardımlar ləğv olunub. Bundan başqa, quruda neftçıxarma idarələrinin yüksək maaş alan işçilərinə də yuxarıda qeyd olunan güzəştlərin əksəriyyəti dondurulub. On üçüncü əməkhaqqı da dondurulub. Bu güzəştlərin 2010-cu ildə bərpa olunması gözlənilmir.

Bundan başqa, ötən il olduğu kimi, bu il də DNŞ-nin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə qəbul olunmuş Sosial-İnkişaf Proqramında nəzərdə tutulan tədbirlərin bəziləri təxirə salınacaq. Bu sıradan - neft sənayesində çalışan işçilərin mənzillə təmin edilməsi hələ bir müddət də dayandırılacaq. Neftçilərin istirahəti üçün verilən göndərişlərin də ləğvi istisna olunmur.

...Hər il minlərlə neftçi Nabran qəsəbəsində yerləşən "Geofizik" istirahət zonasında şirkətin hesabına istirahət edirdi. Bundan başqa, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi 30 min nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin 2-3 günlük və çoxgünlük istirahətlərini təşkil edir, minə yaxın işçini sanatoriya-kurort müalicəsi üçün yollayışlarla təmin edirdi. Maliyyə sıxıntısının davam etməsi şirkəti 2010-cu ildə də bu cür güzəştləri dayandırmağa vadar edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

"Neftçi" özünə qapıçı tapdı

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
2010-cu ildə ölkədə inflyasiya artacaq
Arif Vəliyev: "Bu il əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir"

Nazirlik və komitələr Hesablama Palatasının hədəfində
Hər yerdə oğurluq, mənimsəmə, qanunsuzluq...

Avtomobillərin sığortası üzrə vahid qaydalar
Məsələ ondadır ki, hazırda hər bir sığorta şirkətinin avtomobil sığortası üzrə öz fərdi qaydaları var ki, bu da sığorta edənlər üçün müəyyən çətinliklər yaradır.

Büdcəyə daxilolmalar 50 faiz azalacaq
Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər qüvvəyə mindi.

Dünya bazarlarında şəkərin qiyməti qalxıb
Dünya bazarında şəkərin qiyməti görünməmiş həddə qalxıb. İndi birjalarda şəkərin bir kiloqramı 70 sentə satılır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər