Avtomobil bazarında fəallaşma martda başlayacaq
|
Şənbə, 16.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
İlkin avtomobil bazarında ötən aylarda olduğu kimi passivlik hələ də hökm sürməkdədir. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, hazırda ilkin avtomobil bazarında qiymətlər sabit olaraq qalmaqdadır. Gürcüstanda avtomobil bazarının fəaliyyətə başlamasının Azərbaycan maşın bazarına təsirindən danışan ekspert yeni bazarın açılmasından sonra bir sıra avtomobillərin qiymətində müəyyən dəyişmə olduğunu bildirib. Fəqət bu dəyişmə nəzərəçarpacaq dərəcədə deyil.
Ramil Osmanlı səbəb kimi avtomobil bazarında alıcılara təklif olunan avtomobillərin daha öncədən ölkəyə gətirilməsini göstərir. Hazırda sözügedən bazarda passivliyi mart ayına qədər proqnozlaşdırmağı mümkünsüz sayan ekspert aktivliyin mart ayından sonra baş verəcəyinin gözlənilən olduğunu vurğulayıb.
|
|
|
|
|
|
|