Yanvarın 16-da günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti pisləşəcək. Sulu qar yağacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi əsəcək, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Yanvarın 17-18-də qeyri-sabit hava şəraiti davam edəcək, sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 0 +4, gündüz +5 +10 dərəcə, dağlarda gecə -2 -5 dərəcə, gündüz -2 +3 dərəcə təşkil edəcək.