Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Məhkəmə barışıqla başa çatdı
İddia Təhsil Nazirliyinə qarşı qaldırılmışdı
Şənbə, 16.01.2010

İ.Balıoğlu mətn ölçüsü  

Nərimanov rayon məhkəməsində "Azad İqtisadiyyata Yardım" birliyinin Təhsil Nazirliyinə qarşı iddiasına baxılıb və məhkəmə barışıqla başa çatıb ("Turan"). İddia vətəndaşın və ictimai qurumların dövlət məqamlarından informasiya almaq hüquqlarının pozulması ilə bağlı idi.

Xəbərə görə, birliyin Təhsil Nazirliyini məhkəməyə verməsinə səbəb nazirliyin informasiya sorğusuna cavab vermədiyi olmuşdur. Mənbə məhkəmə prosesinin gedişində nazirliyin nümayəndəsinin informasiya sorğusunda göstərilən suallarla bağlı məlumatları iddiaçı tərəfə təqdim etdiyini və məhkəmə prosesinin barışıqla yekunlaşdığını qeyd edir.

Qaynağın məlumatına görə, məhkəmə prosesi başlayandan bu, nazirliyin birliyə ikinci cavabıdır. İlk cavab qaneedici olmadığı üçün tərəflərin razılığı ilə nazirliyə cavab üçün 2 həftə vaxt verilmişdi.

Xəbərdə deyilir ki, birlik 2009-cu il noyabrın 2-də Təhsil Nazirliyinə informasiya sorğusu ilə müraciət edərək, "960 şagird yerli 13 saylı Gəncə şəhər məktəbinin tikintisi" layihəsi üzrə bəzi məlumatları istəyib. Mənbə sorğuya daxil edilən sualların birliyin Hollandiyanın Oxfam Novib Fondunun dəstəyi ilə həyata keçirdiyi "Dövlət investisiyaları sahəsində hökumət tədbirlərinin monitorinqi, layihələrə təsirinin araşdırılması və nəticələrin video vəkilliyi" layihəsinin icrası zamanı ortaya çıxdığını vurğulayır.

Xəbərə görə, birlik qanunla müəyyən edilən müddət ərzində sorğuya cavab almadığı üçün məhkəməyə müraciət edib və birliyin hüquqlarını məhkəmədə Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı müdafiə edib.

Qaynağın məlumatına görə, Təhsil Nazirliyi ilə digər bir məhkəmə işinin yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində davam edəcəyi gözlənir.

Bu məhkəmə onu göstərir ki, bu gün Azərbaycanda dövlət strukturlarından operativ və əhatəli informasiya almaq hələ də media və digər ictimai qurumlar üçün problem olaraq qalır və iş çox zaman məhkəmələrə gedib çıxır ki, ölkəmizin demokratik imicinin formalaşmasını istəyən bizlər üçün çox üzücü haldır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

İnformasiya "sipər"ləri

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Bölmənin digər xəbərləri
 
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
Ermənistan silahlı qüvvələrinin yanvarın 14-də Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub.

Yeni bələdiyyə üzvləri işə başlayır
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslər artıq səlahiyyətlərinin icrasına başlaya bilər.

"Donuz qripi"nə qarşı vaksinin ikinci partiyası gətirilib
Ölkədə peyvənd kampaniyasına start verilib

Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvanda dünyaya gəlib
Dünən saat 5:10 dəqiqədə Azərbaycanın 9 milyonuncu vətəndaşı doğulub.

Bakıya 3 gün qar yağacaq
Yanvarın 16-da günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti pisləşəcək.

Avtomobil bazarında fəallaşma martda başlayacaq
İlkin avtomobil bazarında ötən aylarda olduğu kimi passivlik hələ də hökm sürməkdədir.

Meyvə-tərəvəz emalı sahəsi genişləndiriləcək
"Azərbaycanda istehsal edilən meyvə-tərəvəz konservləri nəinki yerli tələbatı təmin edir, hətta MDB və Avropa ölkələrinə də bu məhsullar ixrac edilir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər