Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Donuz qripi"nə qarşı vaksinin ikinci partiyası gətirilib
"Donuz qripi"nə qarşı vaksinin ikinci partiyası gətirilib
Ölkədə peyvənd kampaniyasına start verilib
Şənbə, 16.01.2010


Tuncay
mətn ölçüsü  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana A/H1N1 virusuna ("donuz qripi") qarşı birinci mərhələdə göndərdiyi vaksinin ikinci hissəsi ölkəyə gətirilib. Bu barədə APA-ya ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vüsalə Allahverdiyeva bildirib. Onun sözlərinə görə, hazırda vaksinlər gömrükdən keçirilir. Bundan sonra vaksinlərin dəqiq miqdarını söyləmək mümkün olacaq.

Allahverdiyeva deyib ki, birinci mərhələdə Azərbaycana 172 min doza vaksin göndərişi nəzərdə tutulmuşdu. Vaksinlərin birinci hissəsi - 90 min doza peyvənd yanvarın 8-də, ikinci hissəsi isə dünən ölkəyə gətirilib.

ÜST təmsilçisi deyib ki, Azərbaycanda artıq peyvəndləmə kampaniyası başlayıb. Bu mərhələ 3-4 həftə davam edəcək. Bu mərhələnin yekunu olaraq növbəti mərhələdə Azərbaycana göndəriləcək vaksinlərin miqdarı müəyyənləşdiriləcək. Ümumilikdə Azərbaycana "donuz qripi" əleyhinə 5 mərhələdə 882 min doza vaksin göndərişi nəzərdə tutulub. Bu isə ölkə əhalisinin təxminən 10 faizini əhatə edir.

Qeyd edək ki, Azərbaycana göndərilən vaksinlər Belçikanın "Qlakso Smit Klayn" şirkəti tərəfindən Kanadada istehsal olunub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq

"Donuz qripi"nin dalğası planeti bürüyüb

"Donuz qripi"nə qarşı vaksin sınaqdan çıxmadı

ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir

Bölmənin digər xəbərləri
 
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
Ermənistan silahlı qüvvələrinin yanvarın 14-də Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub.

Yeni bələdiyyə üzvləri işə başlayır
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslər artıq səlahiyyətlərinin icrasına başlaya bilər.

Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvanda dünyaya gəlib
Dünən saat 5:10 dəqiqədə Azərbaycanın 9 milyonuncu vətəndaşı doğulub.

Məhkəmə barışıqla başa çatdı
İddia Təhsil Nazirliyinə qarşı qaldırılmışdı

Bakıya 3 gün qar yağacaq
Yanvarın 16-da günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti pisləşəcək.

Avtomobil bazarında fəallaşma martda başlayacaq
İlkin avtomobil bazarında ötən aylarda olduğu kimi passivlik hələ də hökm sürməkdədir.

Meyvə-tərəvəz emalı sahəsi genişləndiriləcək
"Azərbaycanda istehsal edilən meyvə-tərəvəz konservləri nəinki yerli tələbatı təmin edir, hətta MDB və Avropa ölkələrinə də bu məhsullar ixrac edilir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər