çap et  
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
Şənbə, 16.01.2010


Ermənistan silahlı qüvvələrinin yanvarın 14-də Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub.

Şəhid olan əsgər Lənkəran Hərbi Komissarlığından xidmətə çağırılan, 1991-ci il doğumlu Elşən İdman oğlu Şahmarovdur. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər İH başçısının Aşağı Nüvədi qəsəbə ərazi vahidliyi üzrə nümayəndəsi Rəşadət Mirzəyev bildirib. Şəhid bu gün doğulduğu Aşağı Nüvədi qəsəbəsində torpağa tapşırılıb. Dəfndə yerli icra strukturlarının nümayəndələri də iştirak edib.