Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Atom fiziki aradan götürüldü
Atom fiziki aradan götürüldü
Bu qətlin arxasında İsrail və ABŞ dayanıb, yoxsa alim ölkədən çıxmaq niyyətində olduğu üçün öldürülüb?
Şənbə, 16.01.2010

S.Sədrəddin mətn ölçüsü  

Xəbər çox düşündürücü idi. Tehran universitetinin professoru, atom fiziki Məsud Əli Məhəmmədi yaşadığı evin yanında partlayış nəticəsində həlak olmuşdu. Ondan başqa bu olayda daha 10 nəfərin yüngül xəsarət aldığı haqda xəbərlər yayıldı.

İran KİV-in xəbərlərinə əsasən, Məsud Əli Məhəmmədi 1979-cu il inqilabının fəallarından olub və hakimiyyət onun ölümündə "İslam Respublikasının düşmənləri"ni suçlayır. DİN-in bu hadisəyə dair bəyanatında qətlin arxasında İsrailin dayandığı istisna olunmur.

Telekanallar isə "islam inqilabına sədaqətli universitet professorunun qətlinin arxasında əksinqilabi qüvvələrin casuslarının durduğu" barədə xəbər yaymışlar. İsrailin ünvanına açıq ittiham İnqilab Keşikçiləri Qvardiyası rəhbərliyinin və bu hərbi qurumun əsas kadr bazası sayılan "bəsic"in komandirlərinin də çıxışlarında səslənib.

"əl-Cəzirə" telekanalının Tehrandan yaydığı xəbərə görə, professor İranın nüvə proqramına bağlı kadrlardan olub. Telekanala müsahibə verən iranlı məmur bildirib: "İranın atom proqramına bağlı olan istənilən şəxs xarici kəşfiyyatın hədəfi ola bilər". Tehranın prokuroru Abbas Cəfəri-Dövlətabadi M.Məhəmmədinin nüvə proqramı ilə məşğul olduğunu təsdiqləyib.

Xatırladaq ki, Tehran hakimiyyətinin İsrail və ABŞ-ı bu sayaq məsələlərdə ittiham etdiyi ilk dəfə deyil. Bəlkə bunda bir həqiqət var, hər halda, ötən ilin fevralında Britaniya və İtaliya qəzetləri yazmışdı ki, İsrail İranın atom fiziklərinə qarşı "gizli savaş" aparır.

Ötən ilin dekabrında isə İranla ABŞ arasında "casus" qalmaqlaı yaşandı. İran hakimiyyəti cidd-cəhdlə bildirirdi ki, dekabrın əvvəllərində İslam Respublikası ərazisində həbs edilmiş 3 amerikalı turist deyil, "yəhudi casusudur". Jurnalist Şeyn Bauer, onun rəfiqəsi İnternet-saytın reportyoru Sara Şord və Nyu-York məktəblisi Coşua Fattal 2009-cu ilin iyulunda İraq və Suriyadan sonra İran ərazisinə keçmişdilər.

Dekabrın əvvəlində İranın atom fiziki Şəhram Əmirinin Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı itkin düşdüyü barədə xəbərlər yayıldı. Bir müddət sonra onun ABŞ-a təhvil verildiyi bildirildi.

Əmirinin işləri barədə bəlli olan budur ki, varlığı Qərbə 2009-cu ilin sentyabrında məlum olan atom obyektində uranın zənginləşdirilməsi sahəsində çalışırmış. Hər halda, mətbuatda bu barədə xəbərlər getmişdi.

Bundan başqa, Bektaş Fəttahi, Əmir Şirzad-Əmirquluxani, Əliəmir Nəzmi, Həsən Səid Kaşari, Əlirza Əsgərinin ABŞ-da həbsdə saxlanılıdığı iddia olunur. Mahmud Yadigari Kanadada, Əmirhüseyn Ərdəbili Gürcüstanda tutulub. Möhsün Əfrasiyabi Almaniyada saxlanılır, İranın İordaniyadakı keçmiş səfiri Nüsrətulla Tacik isə Britaniyada tutulub. Tehran iddia edir ki, onlar əsassız olaraq tutulublar.

Məsud Əli Məhəmmədinin öldürülüməsinə gəldikdə, burada başqa ehtimallar ortaya çıxıb. Hələ üç il öncə İranın Müdafiə Nazirliyində aparıcı fiqurlardan olmuş Əlirza Əsgərinin Türkiyədən "yoxa çıxması" haqda xəbərlər yayıldı. Hakimiyyət onun "düşmənləri tərəfindən oğurlandığını" bildirdi. Doğrudur, İslam Reuspublikasını atom proqramına yaxınlığı iddia olunan bu hərbçinin sonrakı taleyi haqda məlumat yayılmayıb. Ehtimal etmək olar ki, Əlirza Əsgəri barədə xəbərin yayılmaması həm də onun təhlükəsizliyi ilə bağlıdır.

Ağ ev bu qətllə bağlı İran hakimiyyətinin onun ünvanına söylədiyi fikirləri "cəfəngiyyat" adlandırıb. Bundan başşqa, məlum olub ki, fizik-alim son hadisələrdə Musəvinin başçılıq etdiyi "yaşıllar" hərəkatını dəstəkləyirmiş.

Beləliklə, Məsud Əli Məhəmmədinin "xarici düşmənlərin casusları"nın terror aksiyası nəticəsində öldürülüdüyü iddia edilsə də, bunun əksi də mümkündür. Bu baxımdan ehtimal etmək olar ki, bu atom fiziki də ölkədən çıxmağı planlaşdırıbmış və ona görə də aradan partlayış yolu ilə götürülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər