Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz
|
Bu fikir ASRP-nin "dəyirmi masa"sında səsləndi
Şənbə, 16.01.2010
|
|
Dünən Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş "20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir" mövzusunda "dəyirmi masa" keçirib. Tədbirə giriş sözü ilə başlayan ASRP sədri Xanhüseyn Kazımlı 1990-cı ilin yanvar gecəsində SSRİ rəhbərliyi tərəfindən Bakıya silahlı qüvvələrin yeridilməsi və kütləvi qətlin dünyanın ən böyük faciələrindən biri olduğunu deyib. Həmin hadisədən dərhal sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək törədilən faciə haqqında bəyanat verdiyini xatırladan X.Kazımlının sözlərinə görə, sonrakı proseslərdə də yalnız Heydər Əliyevin hadisəyə olduğu kimi hüquqi-siyasi qiymət verdiyi təsdiqlənib. Partiya sədri bu cinayəti törətmiş SSRİ rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun tarixin yaddaşında Azərbaycan xalqının ən qəddar düşməni kimi qaldığını qeyd edib.
Tədbirdə iştirak edən digər partiyaların nümayəndələri, ASRP-nin yerli təşkilatlarının təmsilçiləri və həmçinin 20 Yanvar faciəsinin şahidləri hadisə ilə bağlı öz fikirlərini bildiriblər. Onlar faciənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün zəruri tədbirlərin davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
|
|
|
Oxşar xəbərlər:
Bakı metrosunda qadın qatarın yoluna yıxılıb
20 Yanvar - hüzn və şərəf günü
|
|
|