Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
20 Yanvar - hüzn və şərəf günü
20 Yanvar - hüzn və şərəf günü
Bir də azadlığın misilsiz nemət olduğunun dərk edildiyi gündür
Şənbə, 16.01.2010


Sevinc Budaqova, tarix elmləri namizədi, dosent
mətn ölçüsü  

Xalqımız o gün həyatını qurban vermiş övladlarını yad etməklə bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.

20 il öncə milli taleyimizdə qorxunc günlər yaşandı. Bu xalq sovet hərb maşınının zorakılığına məruz qaldı. Açıq və çox qaba bir tərzdə təcavüzə məruz qoyulmuş, insanlar küçələrdə gülləbaran edilmiş, milli heysiyyətimiz tankların tırtılları altında tapdanmışdı.

Bu kobud zorakılıq Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda inadkar dəyanətini sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi... Buna nail olacaqlarını düşünənlər səhv etdiklərini tez anladılar.

1990-cı ilin 20 Yanvarından bəri bu ildönümləri bir qayda olaraq yalnız hüzn kimi qeyd etmişik, o günü bir üzüntü ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə üzüntü ilə xatırlanacaq gün deyil. Həm də bizim üçün şan və şərəf günüdür, mənlik günüdür.

Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli heysiyyətimizdə doğan günəşin qızıl şəfəqlərini simvolizə edirdi. Vətəndaşımız o gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinə gərməyi və deməli, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. O hadisələr açıqca göstərdi ki, azərbaycanlılar özgürlük savaşına qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda çarpışmaq əzminə sahibdir.

20 Yanvar istiqlal yolumuzda ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın siyasi, mənəvi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.

...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 min göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı və "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.

Bu açıq təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş milliyyətdən olan vətən övladları, 20-dən çox qadın, uşaq vardı.

Qara Yanvarın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.

Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti almayıb. Bizdə də bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi sırf pafoslu münasibət qalır.

Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faciənin ilk günlərində axtarmaq lazımdır.

REKLAM

Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, bu hərbi cinayəti retuş etməyə çalışdı.

Bu mövzu Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmetinə çevrildi. "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 Yanvara daxili siyasi konyunkturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələrinə bu qiyməti verməyib.

20 Yanvardan sonra Azərbacan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik idi. O vaxt Azərbaycan xalqı adından yeganə etiraz bəyanatı şeyxülislam Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvarın törədilməsinə görə günahın bilavasitə Kremlin və Mixail Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarca KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük əks-səda doğurmuşdu.

Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, prezident Mixail Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə - 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı (?) verməklə nünasibət bildirmişdi.

Şübhəsiz, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar da var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvarı dünyaya XX yüzildə bütöv bir xalqa qarşı tərədilmiş cinayətlərin bir epizodu kimi tanıtdırmağı bacarmalıyıq. Təkcə ona görə yox ki, dünya bizim hüznə şərik olsun. Ona görə ki, dünya Azərbaycanı və azərbaycanlıların tarixini olduğu kimi bilsin. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan əhəmiyyəti var...

İllər ötsə də, bu söz dəyişməyəcək. 1990, 20 Yanvar - Azərbaycanın salnaməsinə qanla yazılmış tarixdir.

Yığıncaqlar, mitinqlər... Totalitarizm boyunduruğundan azad olmaq istəyi. İnsanlarda buna olan dərin inamı. O günləri necə unuda bilərik?

Axşam saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla insanları - vətəni sevənləri XI Qızıl Ordu meydanına çağırırdılar. Hamı axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf üz tuturdu. İnsanlar Bakıya, bir müttəfiq respublikanın paytaxtına nə üçün ordu bölmələri, hərbi texnika yeridilməli olduğunu anlaya bilmir və bunu istəmirdilər. Buna haqlı olaraq etiraz edirdilər.

Cinayət törədildi, günahsız insanlar şəhid oldular...

Kimsə sual edə bilər: görəsən, insanlar ordunun belə bir dəhşətli zorakılıq törədəcəyini bilsəydi, küçələrə çıxardımı? Bunun cavabını elə o günlərdə - şəhidlərin dəfni zamanı bütün qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan, qorxu-hürkü bilməyən insan axını verdi.

O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz na əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz bir millət olaraq azadlığı qanımız bahasına əldə etdik. Və nəyin bahasına olursa-olsun azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb

Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz

Bölmənin digər xəbərləri
 
"Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilsin"
Rəcəb Tayyib Ərdoğan sərhədin açılmasını bundan sonraya saxlayır

Rəsmi Bakı enerji sammitini boykot edib?
Bu addım ABŞ Konqresinin Qarabağ separatçılarına ayırdığı yardıma cavabdırmı?

Rusiya səfirimiz KTMT-yə sərt cavab verib
Polad Bülbüloğlu: "Səfirlik KTMT-nin mövqeyini Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi hesab edir"

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Heç nəyi gözardı edəsi deyilik

İranlı Mühacirlər Cəmiyyətində 20 Yanvar və Xocalı faciələri anılacaq
Yanvarın 20-də Bakıda, ölkənin digər şəhərlərində, rayonlarında şəhid məzarlarını ziyarət edən izdihama Azərbaycanda yaşayan iranlı mühacirlər və onların ailə üzvləri də qoşulacaq.

Xocalıda soyqırım törədənlər aşkarda gəzirlər
Çünki onları "nasist ovçusu" Simon Vizental kimi biri izləmir

Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz
Bu fikir ASRP-nin "dəyirmi masa"sında səsləndi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər