Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
İranlı Mühacirlər Cəmiyyətində 20 Yanvar və Xocalı faciələri anılacaq
İranlı Mühacirlər Cəmiyyətində 20 Yanvar və Xocalı faciələri anılacaq
Şənbə, 16.01.2010


Ilkin
mətn ölçüsü  

Yanvarın 20-də Bakıda, ölkənin digər şəhərlərində, rayonlarında şəhid məzarlarını ziyarət edən izdihama Azərbaycanda yaşayan iranlı mühacirlər və onların ailə üzvləri də qoşulacaq. İranlı mühacirlər dedikdə, 1946-cı il və ondan sonrakı dönəmlərdə İranda şah rejimindən qaçaraq bizim torpağa pənah gətirmiş İran vətəndaşları, əksərən İran türkləri və azərbaycanlılar idilər. Fars milliyyətindən olanlar ilk imkan düşən kimi Avropaya yollanırdılar. Türklər isə Şimali Azərbaycanı doğma bilərək burada qalmağa üstünlük verirdilər. Onlar Azərbaycan Demokrat Firqəsi və İranlı Mühacirələr Cəmiyyəti ətrafında birləşmişlər və bizim toplumun ayrılmaz hissəsidirlər.

İranlı Mühacirlər Cəmiyyətinin sədri Əmirəli Lahrudinin verdiyi izahata görə, onlar Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş insanların, həmçinin respublikanın ərazi bütövlüyünün qorunması naminə döyüşlərdə həlak olanların da məzarları, şərəflərinə ucaldılan abidələr önünə tər qərənfillər düzəcək, ölməz əməllərinə ehtiramlarını bildirəcəklər.

Onun sözlərinə görə, işğalçı erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağ camaatı ilə birlikdə Xocalı, Şuşa və Ağdamda məskunlaşan iranlı mühacirlərə qarşı da vəhşiliklər törədilib: "24 nəfər öldürülüb, 18-i yaralanıb, 200 mühacir ailəsi özlərinin ikinci yurd-yuvalarından didərgin düşüb".

İranlı Mühacirlər Cəmiyyəti fevralın ikinci ongünlüyündə keçiriləcək tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsini də yenidən anmaq niyyətindədir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilsin"
Rəcəb Tayyib Ərdoğan sərhədin açılmasını bundan sonraya saxlayır

Rəsmi Bakı enerji sammitini boykot edib?
Bu addım ABŞ Konqresinin Qarabağ separatçılarına ayırdığı yardıma cavabdırmı?

Rusiya səfirimiz KTMT-yə sərt cavab verib
Polad Bülbüloğlu: "Səfirlik KTMT-nin mövqeyini Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi hesab edir"

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Heç nəyi gözardı edəsi deyilik

20 Yanvar - hüzn və şərəf günü
Bir də azadlığın misilsiz nemət olduğunun dərk edildiyi gündür

Xocalıda soyqırım törədənlər aşkarda gəzirlər
Çünki onları "nasist ovçusu" Simon Vizental kimi biri izləmir

Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz
Bu fikir ASRP-nin "dəyirmi masa"sında səsləndi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər