Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
 |
Heç nəyi gözardı edəsi deyilik
Şənbə, 16.01.2010
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) |
mətn ölçüsü |
|
|
|
11 oktyabr 2009-cu il tarixdə Dağıstanın Dərbənd şəhərində mer seçkisi zamanı ən iddialı namizədlərdən biri sabiq baş prokuror, Süleyman Stalski rayon icra hakimiyyətinin başçısı, "Sadval" təşkilatının lideri, bütün ləzgilərin "imam dax"ı (millət atası) İmam Yarəliyev idi. Dağıstanda ən zəngin şəxslərdən biri sayılan, ləzgi milyarderi Süleyman Kərimov onun mer seçilməsi üçün 110 min nəfər əhalisi olan Dərbənddə 30 milyon dollar vəsait xərcləmişdi.
Bu seçki marafonunda əsas məqsəd uzun müddətdir ermənilərin hazırlamış olduqları bölücü "Ləzgistan ssenarisi"nin əhatə dairəsini genişləndirmək idi. Hələlik bu yöndə ciddi addımlar atılmasa da, proseslər fərqli formada inkişaf etməkdədir. Ermənilərin strateji hədəflərinə dayanıqlı olan "Avarıstan", "Ləzgistan", "Talışstan" və "Arstax" (Dağlıq Qarabağ) ssenarilərinə uyğun təşkilatlanma prosesləri gündəmdə qalmaqdadır.
"Bizim Qafqaz" Hərəkatı və yeni bölücülük dalğası
Qafqaz xalqları müxtəlif dillərdə danışsalar da, fərqli dinlərə, məzhəb və təriqətlərə inanclı olsalar da, bütün toplumları birləşdirən ortaq mədəni, etnososioloji, coğrafi dəyərlər yetərincədir. Bu proses yüzillər boyu inkişaf edərək bütün xalqların ortaq yaşam tərzinə çevrilib. Qafqazda xalqlararası münasibətlərin dərin qaynaqlarına qarşı sarsıdıcı zərbələr əsasən 19-cu yüzillikdə Rusiyanın strateji çəkisinin artmasından, ermənilərin dünyanın digər regionlarından Qafqaz coğrafiyasına köçürümlərindən sonra başlayıb. Belə ki, Qafqazda son iyirmi illik tarixi-ictimai proseslərə nəzər saldıqda, həmin siyasətin ermənilər tərəfindən davam etdirilməsini müşahidə etmək mümkündür. Azərbaycan, Gürcüstan, Quzey Qafqazda Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey və Dağıstan respublikalarında da zatən ortaq Qafqaz dəyərlərinə önəm verilməsi strateji hədəf olaraq dəyərləndirilir. İran kökənli Quzey Osetiya və özünü Hind-Avropa irqinin daşıyıcısı kimi qəbul etdirmək istəyən Ermənistan isə uzlaşan Qafqaz siyasətinə qarşı olduqlarını hər addımda isbat etməyə cəhd ediblər.
19-cu yüzildə Qafqazı işğal etmək üçün "xanlıqlar arasında ədavət yaratmaq"la böyük imkanlar əldə etmək strategiyası bu gün "xalqlararası ədavət modeli" ilə əvəzlənib. Bu sırada Rusiyada ermənilərə məxsus strateji təhlil mərkəzləri neoimperiya tərəfdarları üçün gərəkən problemlərin hazırlanmasında yaxından iştirak edirlər. 2000-ci ildən başlayaraq, "Bizim Qafqaz" projesi adı altında ermənilərə məxsus yeni strateji layihələrə uyğun şəkildə xalqlararası ədavətləri alovlandıran çeşidli ictimai-siyasi təşkilatlar yaradılmaqdadır. Onların qarşısına qoyulan tələblər isə bunlardır:
1. İnformasiya resurslarının hərəkət mərkəzi.
2. İctimai və humanitar araşdırmalara dayanıqlı olan elmi metodologiya.
3. İctimai fikrin öyrənilməsi və tənzimlənməsi.
4.
Kartoqrafik siyasətə hesablanmış fəaliyyət dairəsi.
5. Aparılan siyasətin beynəlxalq müstəviyə çıxarılması.
6. Cəmiyyətin çeşidli qruplar şəklində təşkilatlandırılması.
7. Sosial sahədə bu siyasətin bazasını möhkəmləndirmək.
8. İnformasiya texnologiyalarına dayanıqlı gücləndirilmiş fəaliyyətin təsir imkanlarını artırmaq.
"Azad Ləzgistan Hərəkatı" və bölücü siyasətin səbəbləri
1991-1994-cü illərdə Qarabağ uğrunda Azərbaycan vətəndaşları milliyyətindən və dinindən asılı olmayaraq, erməni separatizminə qarşı birlikdə mübarizə aparıblar. Bu sırada özlərinə Vətən saydıqları Azərbaycan uğrunda şəhid olan talış, avar, tat, rus, yəhudi, ləzgi, tsaxur, ingiloy, budux və digər xalqların övladları canlarını fəda etmişlər. Belə bir məqamda süni şəkildə o zaman ermənilərə məxsus strateji hədəf kimi "Talış Xalq Partiyası", "Ləzgi Xalq Partiyası" və "Şeyx Şamil adına Avar Milli Mərkəzi" yaradılaraq "Azərbaycan Qarabağda öz vətəndaşlarına qarşı genosid siyasəti yürüdür" kimi geniş təbliğat şəbəkələri qurulmuşdu. Bu siyasəti tətbiq etməklə ölkə vətəndaşlarını hətta hərbi səfərbərlikdən yayındırmasını ictimailəşdirirdilər.
Moskvada fəaliyyət göstərən "Qafqazda Geosiyasi Durum Mərkəzi"nin sədri, "Rusiya Geosiyasi Problemlər Akademiyası"nın müxbir üzvü Araik Ohanesyan bu mövzuya yenidən qayıdılması üçün belə qeyd edir: "Ermənistan ağır iqtisadi, maliyyə və sosial böhranlarla üz-üzə durub. Proses belə davam edərsə, yaxın 20 ildə bütün Qafqazda ermənilər iki yüz il öncəki tarixi torpaqlarına dönməyə məcbur olacaqlar. Çünki Azərbaycan və Gürcüstanın mövqeləri indi 1918-1920-ci illərin tarixinə bənzəmir. Biz ermənilər faktiki olaraq, Qarabağı addım-addım itiririk. Çünki hər il erməni vətəndaşlar Qarabağdan köçüb gedirlər. Türkiyə-Ermənistan sərhədlərinin açılması isə erməni dilinin, mədəniyyətinin işlək durumunu iflic edəcək. Bütün bunları diqqətə aldıqda, hələlik problemin həlli yolu kimi Azərbaycan və Gürcüstana qarşı yeni separatçı hərəkatları gücləndirmək lazımdır. Biz ermənilərin bu yöndə tarixi təcrübəmiz yetərincədir".
İrəvanda nəşr olunan "Voskanapat" (voskanarat.net) qəzetinin siyasi icmalçısı Levon Məlik-Şahnəzəryan "Ermənistanın Gürcüstan və Azərbaycan üzrə strateji hədəfləri" araşdırmasında qeyd edir ki, rəsmi İrəvan Gürcüstanın "Cevaxk" (Ahısqa) vilayətində ermənilər üçün tələb olunan şərtlərin bütün imkanlarını gerçəkləşdirən bir siyasəti artıq ən yüksək həddə çatdırıbdır. İndi də Azərbaycanda qeyri-türk xalqların ictimai-siyasi və regional sahələrdə aktiv şəkildə hərəkətə keçmələri təmin edilməlidir. Bunun üçün Rusiya və Dağıstan ən əlverişli məkandır. Xüsusilə "Azad Ləzgistan Hərəkatı"na önəm verilməlidir.
Dağıstanda, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində ləzgi ictimai-siyasi mərkəzlərinə məxsus fəaliyyət göstərən sharvili.com, lezgiland.net, shax-dag.ru, zilezgi.narod.ru, maniyar.narod.ru, kavkazus.do.am, lezgimr3.narod.ru, moslezgi.ru, lezgikim.narod.ru, xmao.xrug.ru, dagmen.ru tipli informasiya şəbəkələrinin erməni siyasi çevrələri ilə ortaq fəaliyyət göstərməsini sübut edən əsas faktorlardan biri də separatçı Dağlıq Qarabağla bağlı onların bir sıra ortaq projelərdə iştirak etmələridir.
Dağıstandakı mənbələrdən aydın olur ki, Azərbaycana qarşı "Ləzgistan" separatizminin daha geniş miqyas alması üçün bu prosesə qoşulan radikal milliyyətçi və vəhhabi qruplar Dağlıq Qarabağ ərazisində xüsusi terror düşərgələrində təlimlər keçirlər. Onları əsasən Livan ordusunda uzun illər hərbi təxribatçı kimi xidmət etmiş, bu gün istefada olan erməni zabitlər hazırlayırlar. Hətta "Sadval", "Şarvili", "Ləzgi Milli Liqası" və "Azad Ləzgistan" təşkilatlarının əsas liderləri İrəvanda müxtəlif kurslar keçir və təlimatlar alırlar.
Azərbaycana yönəlik etnik separatizm virusuna yoluxmuş bəlli qrupların informasiya resurslarını gözdən keçirdikdə, onların bizim ölkəmiz, dövlətimiz və millətimiz barədə nələr düşündüklərini görməyə bilmirik. Bu səhifədə dərc etdiyimiz xəritə bu virusun daşıyıcılarının deformasiyaya uğramış beyinciklərinin məhsuludur. Bu nə qədər xam niyyət olmuş olsa da, həmin mərkəzlərin yaxşı tanıdığımız "intellektuallarının" bizə qeyzli məktublar göndərməsinə rəğmən, belə şeyləri gözardı edəsi, heç nəyi gözdən qaçırası deyilik.
"Samur vadisi" projesi
Son 15 ildə Azərbaycan-Dağıstan sərhədləri boyunca bir sıra projelər qeyri-leqal şəkildə həyata keçirilməkdədir. Bir sırada vəhhabilik və onun qolları olan "riyadus salihin", "cundullah", "ceyşullah", "milləti İbrahim", "təkva" və digər qruplar, eləcə də sülyemançı, nurçu və başqa dinçi qruplara məxsus təşkilatlar "Samur vadisi" siyasətinə önəm verirlər. Bu yöndə onlara məxsus assalam.ru, zamanonline.com, waytoquran.net, daqestan-mr3.narod.ru, kavkazcenter.net, chgss.ru, nurulislam.iwt.ru, imam.iwt.ru, faur84.narod.ru, amiradam.ru, maarulal.ru, harunyha.org, gazavat.ru internet qəzetlərindən də duymaq mümkündür.
Regionda yaşayan insanların sosial həyat tərzini diqqət mərkəzində saxlayan radikal dini mərkəzlər Samur çayının ətrafında Azərbaycan və Dağıstan boyunca məskunlaşmış insanları bu siyasətə asanlıqla cəlb edə bilirlər. Digər tərəfdən, Dağıstanda qədim türk yurdu Dərbəndi özlərinə paytaxt elan etməklə "Ləzgistan" siyasəti də paralel şəkildə aparılır. Bu siyasətin daha geniş xarakter alması üçün uzun müddət Fransada ermənilərə məxsus banklar və şirkətlərlə ortaq işbirliyinə malik olan Süleyman Kərimov (indiki maliyyə böhranlarından sonra hazırda 13.7 milyard dollar sərvətə malikdir) regiondakı etnomafiya kimi formalaşan ləzgi qruplaşmasının üstün səviyyəyə malik olması yönündə 2008-2009-cu illərdə 100 milyon dollar maliyyə dəstəyi veribdir. Azərbaycanla həmsərhəd regionları olan Məhərrəmkənd, Qasımkənd, Axtı, Süleyman Stalski, Doqquzpara, Məmmədqala rayonları və Dərbənd şəhərində "Sadval", "Sarvili", "Ləzgi Milli Liqası" və "Azad Ləzgistan" təşkilatlarının liderləri və fəallarının hakimiyyətdə, biznesdə möhkəmlənmələri üçün zəmin yaradıb.
Dağıstanlı siyasi analitiklərinin fikrincə, Rusiyada neoimperiya siyasətini müdafiə edən güclər hakimiyyətdə yetərincə mövqelərə malikdirlər. Onlar separatçı Abxaziya və Güney Osetiyada zaman-zaman təcrübədən keçirdikləri siyasəti bu gün Samur vadisi çevrəsində tətbiq etməyə başlayıblar. Bu proses hələlik gözəgörünməz xarakter daşıyır. Rusiyanın qununvericiliyinə görə, keçmiş SSRİ məkanına malik olan dövlətlərin vətəndaşları istədikləri zaman ərizə yazmaqla dərhal Rusiya vətəndaşı ola bilərlər. Həmin siyasət artıq Azərbaycanda da dolayısı yolla tətbiq olunmaqdadır. Bu yöndə isə Samur vadisi çevrəsində yaşayan vətəndaşlara xüsusi münasibət sərgilənir.
Araşdırmalarımıza görə, regionda proseslərin böhran həddinə çatmamasında Azərbaycan və Dağıstan hakimiyyətinin böyük rolu var. Belə ki, Azərbaycan Samur çayı boyunca sərhəd xidmətini, digər infrastrukturu artıq tam fomalaşdıra bilibdir. Digər tərəfdən, Dağıstan rəsmiləri iki region arasında ortaq biznesin inkişaf etdirilməsinə daha çox önəm verirlər. Bu da öz növbəsində xalqlararası münasibətlərin ədalətli şəkildə inkişafına təkan verən əsas amillərdən biri hesab olunur.
Bütün bunlara baxmayaraq, müşahidəçilərin və analitiklərin fikrincə. Dağıstan üzərində Azərbaycana qarşı gizli təhlükə mənbəyi qalır və mövcuddur. Halbuki bölgəmizdə "yad cisim" olan ermənilərdən savayı bütün xalqlar bir-birinə qohum və qardaşdır. Genetik və etnokulturoloji baxımdan Qafqaz xalqları, o cümlədən ləzgilər daha çox Azərbaycan türkləri ilə bağlıdırlar və tarixən daha çox onlarla qohumlaşıblar. Odur ki, qoy kimsə xam xəyala düşməsin. Bu bölgədə yad havaya oynayan beş-üç nadürüstdən başqa, xam niyyətlər ayaq açıb yeriyə bilməz.
|
|
|
Oxşar xəbərlər:
Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti
|
|
|