Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiya səfirimiz KTMT-yə sərt cavab verib
Polad Bülbüloğlu: "Səfirlik KTMT-nin mövqeyini Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi hesab edir"
Şənbə, 16.01.2010


E.Ilkin
mətn ölçüsü  

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun sözlərinə reaksiyası heyrət doğurur". Bu bəyanatla Azərbaycanın Rusiyadakı səfirliyi çıxış edib. Bəyanatda bildirilir ki, nizamnaməsinə əsasən, əsas vəzifəsi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə təşkilata üzv ölkələrdə hərbi quruculuq məsələlərini koordinasiya etmək olan KTMT katibliyinin təşkilata üzv olmayan və heç vaxt qurumun üzvü olan ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qəsd etməyən Azərbaycanın Rusiyadakı səfirinin mövqeyini şərh etməsi təəccüb doğurur: "Səfirin sözlərində katibliyin təhrif etdiyi şəkildə təqdim etdiyi kimi, müharibəyə yox, təcavüzkar müharibə nəticəsində işğal olunmuş, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Ermənistan istisna olmaqla, KTMT-yə üzv digər ölkələr tərəfindən qəbul olunmuş ərazilərinin azad edilməsinə çağırış var".

APA-nın mülumatına görə, səfirlik bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun səyi ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə dair Azərbaycanın prinsipial mövqeyini bir daha ifadə edib.

Bəyanatda KTMT-nin öz fəaliyyətində təşkilata üzv olmayan ölkələrlə əməkdaşlığa yer verdiyi, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatlarla münasibətləri dəstəklədiyi qeyd olunur: "Təşkilat ədalətli, beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsipləri əsasında demokratik düzənin formalaşmasına yardım edir".

Səfirlik Azərbaycanın müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün xoşməramlı və konstruktiv iradə nümayiş etdirərək, KTMT-nin bəzi üzvləri də daxil olmaqla bir neçə dövlətlə etibarlı tərəfdaşlıq münasibətləri yaratmağa nail olduğunu bildirib: "Səfirlik qeyd olunan əsas məqamları nəzərə alaraq, KTMT katibliyinin mətbuat üçün məlumatını katibliyin səlahiyyətləri çərçivəsindən kənar, həmçinin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi yersiz addım hesab edir. Səfirlik ümid edir ki, KTMT katibliyi bundan sonra bu cür şərhlər verərkən daha məsuliyyətli olacaq".

Xatırladaq ki, Polad Bülbüloğlu Azərbaycanın işğal olunmuş ərazilərinin istənilən yolla azad olunmasının vaxtının çatdığını vurğulayaraq bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, heç bir dövlətin buna qarışmağa haqqı yoxdur: "Çünki Azərbaycan öz ərazisində döyüş aparacaq və BMT Nizamnaməsinə əsasən, torpaqlarını işğalçılardan azad etmək hüququna malikdir".

KTMT isə P.Bülbüloğlunun bu mövqeyinin bölgədə gərginliyin artmasına apardığını, ATƏT-in Minsk Qrupunun səylərinə, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının kontekstinə zidd olduğunu bəyan edib.

Qeyd edək ki, KTMT 1992-ci ildə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən yaradılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

İsrail Azərbaycana yeni səfir təyin edib

Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

Dəniz Baykal səfirlərə şərt qoyub

Bölmənin digər xəbərləri
 
"Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilsin"
Rəcəb Tayyib Ərdoğan sərhədin açılmasını bundan sonraya saxlayır

Rəsmi Bakı enerji sammitini boykot edib?
Bu addım ABŞ Konqresinin Qarabağ separatçılarına ayırdığı yardıma cavabdırmı?

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Heç nəyi gözardı edəsi deyilik

İranlı Mühacirlər Cəmiyyətində 20 Yanvar və Xocalı faciələri anılacaq
Yanvarın 20-də Bakıda, ölkənin digər şəhərlərində, rayonlarında şəhid məzarlarını ziyarət edən izdihama Azərbaycanda yaşayan iranlı mühacirlər və onların ailə üzvləri də qoşulacaq.

20 Yanvar - hüzn və şərəf günü
Bir də azadlığın misilsiz nemət olduğunun dərk edildiyi gündür

Xocalıda soyqırım törədənlər aşkarda gəzirlər
Çünki onları "nasist ovçusu" Simon Vizental kimi biri izləmir

Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz
Bu fikir ASRP-nin "dəyirmi masa"sında səsləndi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər