Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilsin"
"Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilsin"
Rəcəb Tayyib Ərdoğan sərhədin açılmasını bundan sonraya saxlayır
Şənbə, 16.01.2010

İ.Telmanoğlu mətn ölçüsü  

"Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi ilə Qarabağ probleminin həlli bir-biri ilə əlaqəlidir. Bu iki proses nə qədər bir-birindən ayrı aparılırsa-aparılsın, pərdə arxasında bir-birinə bağlıdır". Türkiyənin "Hürriyyət" qəzetinin verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavabında deyib (APA).

Baş nazir Türkiyə-Ermənistan sərhədinin bağlanmasının Ermənistanla Azərbaycan arasındakı münaqişədən qaynaqlandığını xatırladıb: "Azərbaycanla Ermənistan arasındakı problem həll olunsun, Qarabağın işğalına son qoyulsun, Türkiyə-Ermənistan məsələsi də həllini tapacaq. Ermənistan xoş məramlıdırsa, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilməklə işə başlasın. Rayonlardan çəkilərsə, müsbət proseslər olacaq".

Ərdoğan "Türkiyənin atacağı addım məlumdurmu" sualına belə cavab verib: "Türkiyə üçün atılacaq addım bəllidir. Önümüzdə qapılar var. Bəzi risklər aldıq, Ermənistana nəqliyyat təyyarələrinin uçuşlarına icazə verdik, İrəvan-İstanbul təyyarə reyslərini açdıq. Hava qapısını açdıq, amma qurudakı qapını açmaq fərqli məsələdir", - deyə qeyd edən Ərdoğan bu məsələni Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə açıq şəkildə müzakirə etdiklərini də əlavə edib.

"Minsk qrupunun "üçlüyü" içərisində Ermənistan üzərində ən çox təsir gücü olan ölkə Rusiyadır. Bu məsələdə Rusiya bir az arxayın hərəkət edərsə, nəticə əldə etmək çətinləşər", - deyə baş nazir bildirir.

"Dağlıq Qarabağ münaqişəsi çox aktual məsələdir və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda olduğu kimi, bütün maraqlı tərəflər arasında aparılan danışıqlarda da müzakirə olunur". Bu fikirləri isə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Andrey Nesterenko APA-nın Moskva müxbirinin sualını cavablandıran zaman söyləyib. Problemin xüsusi xarakterə malik olduğunu deyən XİN rəsmisi münaqişənin nizamlanma prosesinin çox incəlikləri olduğunu deyib: "Buna görə də danışıqlar və məsləhətləşmələr davam edir və tərəflər real zaman rejimində danışıqların gedişi ilə bağlı kütləvi informasiya vasitələrini məlumatlandırırlar", - deyə qeyd edən Nesterenko Türkiyə baş nazirinin Rusiya səfərinə də toxunub.

"Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ölkəmizə səfəri zamanı Rusiyanın baş naziri ilə səmərəli danışıqlar aparıb. Danışıqlar zamanı yüksək səviyyədə Rusiya-Türkiyə məsləhətləşmələrinin yeni mexanizminin yaradılması barədə prinsipial qərar qəbul olunub. Bu mexanizm - ali səviyyədə Əməkdaşlıq Şurasının yaradılmasıdır", - deyə vurğulayan Nesterenko adıçəkilən Əməkdaşlıq Şurasının ilk iclasının Rusiya prezidenti Dmitri Medvedyevin Rusiya-Türkiyə diplomatik münasibətlərinin 90 illiyi münasibətilə Türkiyəyə bu il gerçəkləşəcək səfəri çərçivəsində gerçəkləşəcəyini də bildirib.

XİN rəsmisi tərəflərin mövcud iqtisadi-ticarət əlaqələrinin durumu, aktual beynəlxalq və regional problemlər, Avropa təhlükəsizliyinin yeni arxitekturasının formalaşması perspektivləri, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması fonunda Cənubi Qafqazda durum, Yaxın Şərq münaqişəsinin nizamlanması, QDİƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyib:

"Danışıqlarda energetika sahəsində iki ölkənin birgə həyata keçirə biləcəyi layihələrə geniş diqqət ayrılıb. Bunlar "Cənub axını" və "Mavi axın-2" qaz kəmərləri, Samsun-Ceyhan neft kəməri, Türkiyə ərazisində atom elektrik stansiyasının tikintisi layihələridir. Səfər çərçivəsində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ilə Rusiya baş nazirinin müavini İqor Seçin Türkiyə ərazisində atom elektrik stansiyasının tikintisində əməkdaşlıqla bağlı birgə bəyannamə imzalayıblar", - deyə o bildirib.

Türkiyə baş nazirinin Rusiyaya səfərini təhlil edən yerli ekspertlər də maraqlı fikirlər söyləyirlər. Politoloqların Diskussiya Klubunun 9-cu iclasında 2010-cu ilin əvvəlində baş verən önəmli siyasi hadisələr müzakirə edilib. APA-nın xəbərinə görə, politoloqlar Fikrət Sadıxov, Rasim Ağayev və Zərdüşt Əlizadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun isə Ermənistana səfərlərini dəyərləndiriblər.

Sadıxovun fikrincə, Ərdoğanın Rusiyaya səfəri onunla əlaqəlidir ki, Rusiya və Türkiyə yaxınlaşma prosesindədir və bu prosesdə tərəflər Azərbaycan və Ermənistanla bağlı məsələyə dair də fikir mübadiləsi aparmaq ehtiyacı hiss edir. O, Ərdoğanın Rusiyaya səfəri zamanı verdiyi Azərbaycanın maraqlarına uyğun sərt bəyanatın sevindirici olduğunu deyib: "Hesab edirəm ki, Ermənistandan fərqli olaraq Türkiyə parlamenti protokolları ratifikasiya etməyəcək. Türkiyə parlamentində tamam başqa vəziyyət var. Münasibətlərin normallaşması iqtisadi durumu ağır olan Ermənistana daha çox sərfəlidir".

Ağayev düşünür ki, Türkiyənin bölgədə getdikcə daha önəmli siyasi gücə çevrilməsi nəzərə alınarsa, Ankara və Moskvanın qarşılıqlı anlaşma içində olması mümkündür: "Avrasiya regionunda böyük dəyişikliklər baş verir və bunlar geosiyasi dəyişiklikləri də bərabərində gətirəcək. Səhnəyə yeni oyunçular çıxır ki, bunlardan biri də Türkiyədir. Əgər Türkiyə müəyyən sınaqlardan keçərsə (bunlardan biri də Ermənistanla münasibətlərin normallaşdırılmasıdır), öz yerini tuta bilər. Məncə, yaxın vaxtlarda Türkiyə ilə Rusiya arasında qarşılıqlı anlaşma alınacaq. Bu halda Azərbaycan yeni model, münaqişənin həllinə dair yol xəritəsi ilə çıxış edə bilər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Rəsmi Bakı enerji sammitini boykot edib?
Bu addım ABŞ Konqresinin Qarabağ separatçılarına ayırdığı yardıma cavabdırmı?

Rusiya səfirimiz KTMT-yə sərt cavab verib
Polad Bülbüloğlu: "Səfirlik KTMT-nin mövqeyini Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi hesab edir"

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Heç nəyi gözardı edəsi deyilik

İranlı Mühacirlər Cəmiyyətində 20 Yanvar və Xocalı faciələri anılacaq
Yanvarın 20-də Bakıda, ölkənin digər şəhərlərində, rayonlarında şəhid məzarlarını ziyarət edən izdihama Azərbaycanda yaşayan iranlı mühacirlər və onların ailə üzvləri də qoşulacaq.

20 Yanvar - hüzn və şərəf günü
Bir də azadlığın misilsiz nemət olduğunun dərk edildiyi gündür

Xocalıda soyqırım törədənlər aşkarda gəzirlər
Çünki onları "nasist ovçusu" Simon Vizental kimi biri izləmir

Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz
Bu fikir ASRP-nin "dəyirmi masa"sında səsləndi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər