çap et  
Xuraman Şuşalı telekanal təkliflərindən qaçır
Xuraman Şuşalı telekanal təkliflərindən qaçır
Və yeni strategiya üzərində düşünür
Şənbə, 16.01.2010

Şəms

Son illər yaşadığı uğursuzluqları qara qüvvələrin ayağına bağlayan Xuraman Şuşalı 2010-cu ilin ona düşərli olacağına ümid edir. Maneələri aşaraq, əvvəlki reytinqini yenidən qazanacağına inanır. Bunun üçün o, strategiya qurub. Müğənni bir müddət telekanalların təkliflərindən imtina edəcək. Özünə yeni imic axtaran müğənni addımı bu səbəbdən atır. Tamaşaçılarda maraq yaratmaq niyyətində olan sənətçi xanımın efirə qayıdışı yaxın həftələrin birinə təsadüf edəcək.

Eyni zamanda Xuraman telekanallarla bağlı daha bir fikrə gəlib. O, piarı üçün efir məkanlarına pul ödəməyəcək. Artıq baryeri aşdığını düşünən Xuraman Şuşalı özünü ünlü sənət isimləri ilə bir sırada görür.

İmicində yeniliklərə gəlincə, öncə artıq çəkidən azad olmağa çalışır. Saçlarının görünüşünü tamamilə dəyişən müğənni daha sonra qarderobuna əl gəzdirəcək. Ardınca efirə çıxıb yeni görünüşünü nümayiş etdirəcək.