Meqastar Tarkan ötən ayların birində 7 illik sevgilisi Bilge Öztürkdən ayrılıb. O, vaxtilə sevgilisi ilə Ulusda yaşadığı dairələrin birindən əşyalarını toplayaraq başqa evə köçüb. O vaxtdan Ulusdakı lüks evə addımını atmayan meqastar bu günlərdə şok yaşayıb. Səbəbi isə məşhur sənətçiyə gələn qəbzlərdir.
Bəlli olub ki, Bilge Öztürk arabir yaşadığı həmin evin kommunal ehtiyaclarından geninə-boluna istifadə edib. Lakin borcu ödəməyib. Kommunal fatura Tarkanın üzərində olduğundan yığılan məbləğin qəbzi onun hazırda yaşadığı ünvana gəlib. Dövlətə külli miqdarda borc ödəyən Tarkan kommunal xərcləri üzərindən azad etdirib.
|