Rusiyanın tanınmış ifaçıları Vladimir Presnyakov və Nataliya Podolskaya fevralın 14-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə konsertin təşkilatçıları olan "Music club"dan məlumat verilib. Həmin gün rusiyalı müğənnilər "Sevgililər günü" üçün xüsusi hazırladıqları iki saatlıq proqramla çıxış edəcəklər. Konsert "Sən mənimsən" adı altında keçiriləcək. Konsertin biletlərinin qiyməti isə 20-100 manat arasında satılır. İki gün sonra Heydər Əliyev Sarayında Rusiyanın tanınmış pop-ulduzu Lolita konsert proqramı ilə çıxış edəcək. Moskvalı ulduzun konsertində bakılı tamaşaçılara yeni albomdan mahnılar təqdim ediləcək. Qeyd edək ki, bu konsertin biletlərinin qiyməti 20-80 manat arasında satışa çıxarılıb.
|