Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Leyla Ramazanova qısqanclıqla barışa bilmir
Leyla Ramazanova qısqanclıqla barışa bilmir
Onun "sənət strategiyası" isə birmənalı qarşılanmır
Şənbə, 16.01.2010

Şəms mətn ölçüsü  

Sənət aləmində özünə yer tapan gənc müğənni Leyla Ramazanova tamaşaçısını hər dəfə qeyri-adi yeniliklər etməyə alışdırıb. Şou-biznes aləminə böyük axın olduğu bir dövrdə Leyla özünün dəsti-xəttini yaratdığını deyir. Onun fikrincə, tamaşaçı tərəfindən sevilmək, eyni zamanda sağlam rəqabət üçün ifaçının təkcə vizual görünüşü və ya pulunun olması yetərli deyil. Onun üçün həm səs, həm də repertuar və səhnə mədəniyyəti vəhdət təşkil etməlidir.

Leyla Ramazanovanın sənət strategiyası bəzi hallarda birmənalı qarşılanmır. Müğənni rəqabətin olmasını normal qəbul edir. Lakin qısqanclıqlarla barışa bilmir.

Söhbətin səmtini dəyişən Leyla yeniliklərdən söhbət açdı. Bildirdi ki, hazırda albom üzərində çalışır. Məlum oldu ki, topluya 10-12 mahnı daxil etməyi planlaşdırıb.

Yeri gəlmişkən qeyd edək ki, albomda yalnız bəstəkar İsmayıl Əsədovun musiqiləri yer alacaq. Albom hazırlığı ilə yanaşı paralel olaraq gənc müğənni klip layihəsinə də imza atıb. Müğənninin "Belə birdən getmə" adlanan mahnısına rejissor Xavər Ramazanlı ekran həyatı verib. Qeyd edək ki, Xavər Leylanın doğma bacısıdır. Qrafika üslubunda hazırlanan klipi qrafika ustası Samir Fərzəlibəyov montaj edir. Klipin ərsəyə gəlməsi üçün 3 ay vaxt sərf olunub.

Klipin bu günlərdə təqdimat mərasimi keçiriləcək. Leyla öz yeniliklərinin bununla bitmədiyini bildirdi. Gənc müğənni bu il məhsuldar olmağa çalışır. Çünki bu klipdən dərhal sonra başqa bir mahnısına klip çəkdirmək plandadır.

Leyla deyir ki, bu il bir çox irihəcmli və maraqlı layihələrə imza atacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Fizika və riyaziyyatda gəldiyimiz nöqtə

SDİ ədalətsiz qərarlar çıxaran hakimlərin adlarını elan etdi

Bölmənin digər xəbərləri
 
Aysel Teymurzadə ad çəkmədi
Sadəcə, "Eyrovision" seçim turuna qatılanları dəstəkləyəcəyinə söz verdi

Almaz Ələsgərliyə psixoloq yardımı
Müğənni cadugərin falına inanmır

Anjelina Colie və Bred Pitt qısqanclıq atəşində
Cütlük məşhur mükafatın təqdimatına qatılmaqdan yayınıblar

Brilliant Dadaşova öz yaradıcılıq gecəsinə hazırlaşır
Gecədə Arif Məlikov onun sənətindən söz açacaq

Britney Spirs sevgilisini 2 qadınla yaxaladı
Məşhur ulduz ondan ayrıldı

Elariz protejesini tapıb
Müğənni onu yad təsirlərdən qoruyacaq

Kıvanc Tatlıtuğ Bred Pitti üstələyib
Onun bir ziyafətdən gəliri - 200 min dollar!

Moskva ulduzlarının Bakı konserti
Siyahıda - Vladimr Presnyakov, Nataliya Podolskaya və Lolita

Əski sevgilisi borclarını Tarkana ödətdi
Sənətçi kommunal xərclərdən canını qurtarıb

Tünzalə "Mardan Palace"da səhnəni ulduzlarla bölüşüb
Sənətçi buna don geydirənləri susdurdu

Xuraman Şuşalı telekanal təkliflərindən qaçır
Və yeni strategiya üzərində düşünür

Yeganə piratları daha ağır cəzalandıracaq
Albomu saxtalaşdırılan müğənni yeni planlar qurur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər