Sabiq polis əməkdaşını öldürməyə cəhd
|
Gəncə sakini bunun üstündə 6 illiyə barmaqlıq ardına göndərildi
Şənbə, 16.01.2010
|
|
Sabiq polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən şəxsə hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gəncə şəhər sakini Elşən Telman oğlu Ələkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs 17 may 2009-cu il tarixdə şəhərin Kəpəz Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Arzu Tağıyevlə mübahisə edib. Mübahisə nəticəsində Ələkbərov Tağıyevi bıçaqlayaraq, ağır bədən xəsarəti yetirib. Vaxtında tibbi yardım göstərildiyindən Tağıyevin həyatını xilas etmək mümkün olub. Ələkbərov Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub və günlərin birində məhkəmə qarşısına çıxarılıb.
|
|
|
Oxşar xəbərlər:
Rus dilindən imtina nə vəd edir?
Gəncə orta məktəbində dərs saatı satılır?
Zabit və əsgərlərin məhkəməsi başlayıb
Polis zabitini öldürmək istəyənə hökm oxundu
Elnur Məmmədli polisdə!
|
|
|