çap et  
Ana qatilinə hökm oxundu
Ana qatilinə hökm oxundu
Rusiyadan Bakıya anasını qətlə yetirməyə gəlibmiş
Şənbə, 16.01.2010

Hacı

Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən Rusiya vətəndaşı Novotorjin Vladislav İvanoviçə hökm oxunub. 2009-cu ilin avqustun 6-da Suraxanı rayonu, H.Zərdabi küçəsi ev 5-də yaşayan 69 yaşlı Valentina İvanova oğlu Novotorjin Vladislav İvanoviç tərəfindən bıçaqlanıb.

Yaralı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Vladislav Novotorjin Suraxanı Polis İdarəsinin 31-ci bölməsinin əməkdaşları tərəfindən tutulub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İvanoviç 14 il müddətinə azadlıqdan məhrum edildi.