![]() |
çap et |
|
|||
Bu qətl hadisəsi dörd il əvvəl baş versə də, indiyədək ailə üzvlərindən başqa heç kim bundan xəbər tutmayıb. Qətlin üstünün açılmasına səbəb isə bu ailənin gəlini Kəmalə Mahmudovanın 2009-cu il iyulun 24-də ərizə ilə Binəqədi prokurorluğuna müraciət etməsi olub. Ərizədə qayınatası Vaqif Mahmudovun baldızı Dilguşəni 2005-ci ilin dekabrında boğaraq öldürdüyünü və həyətdə basdırdığını göstərib...
Ötən illər ərzində Dilguşə Mahmudova barədə hər hansı xəbərin olmadığı, bu müddətdə yaxınlarının onu axtarmadıqları və polis orqanlarına müraciət etmədikləri adıçəkilən şəxsin qəsdən öldürülməsini güman etməyə əsas verdiyindən cinayət işi başlanaraq istintaq aparılıb. "Uduzdum" İstintaq zamanı Vaqif Mahmudov dindirilərkən qızını öldürmədiyini və qızın ona məlum olmayan yerdə yaşadığını desə də, meyit basdırıldığı yerdən çıxarılıb tanınması üçün ona təqdim olunarkən "uduzdum" deyərək törətdiyi cinayət əməlini etiraf edib. Müəyyən edilib ki, Vaqif Mahmudov qızı Dilguşənin 2003-cü ildən etibarən əxlaqsızlıqla məşğul olmasını bilib. Onun NMR Şərur rayonunda yaşadığı müddətdə gəlininin evində də "dinc oturmadığını" eşidib. Bu haqda ona oğlu Kənan Mahmudov 24 dekabr 2005-ci ildə zəng edərək deyib. O da Kənandan bacısını Bakı şəhərinə yola salmasını xahiş edib. Ertəsi gün Vaqif Mahmudov Dilguşəni hava limanında qarşılayaraq onu Siyəzən rayonu Qara Siyəzən kəndindəki evlərinə aparıb. Evdə Dilguşəni danladıqdan sonra ondan əxlaqsız hərəkətlərlə məşğul olmasına son qoymasını tələb edib. Dilguşə isə atasının sözlərini o qədər də ciddi qəbul etməyib. Qızının hərəkətlərindən bezən ata onu öldürmək qərarına gəlib. O, Dilguşənin qollarını arxadan iplə bağlayaraq əlləri ilə onu boğmağa başlayıb. Sonra meyiti evdə olan iri çantanın içərisinə yerləşdirib və həyətdə olan ayaqyolunda basdırıb. Vaqif Mahmudov ifadəsində göstərib ki, qızı Dilguşə 8-9-cu sinifdə oxuyarkən qızlarından biri ona deyib ki, Dilguşəni Siyəzən şəhər sakini Zaur Mustafayev evlərinə apararaq bəkarətini pozub. O da qızlarından Zaurgilin telefon nömrəsini alaraq onlara zəng vurub və oğlanın anası ilə danışıb. Ona deyib ki, oğluna heyfin gəlsin, bizə gəl söhbət eləyək: "Anası nə olduğunu soruşanda dedim ki, gələrsən danışarıq. İki gün keçəndən sonra Zaurun anası bizə gəldi. Ona dedim ki, vaxtında gəlmisən sonra gec olacaqdı. Zaurun anası isə "mən qohumlarımla gəlib qızın barmağına üzük taxaram" dedi. 3-4 gündən sonra Zaurgil Dilguşəyə nişan qoydular. Nişandan sonra Zaur bizə gəlib-gedirdi. Günlərin birində Zaura və qızıma dedim ki, hazırlaşın kəndə gəzməyə gedirik. "Qayıdanda qızımı evdə tapmadım" Dilguşə başı ağrıdığını deyərək, getmək istəmədi. Mən də Zaurla və kiçik oğlum Əlisoltanla Qara Siyəzən kəndində olan həyətimizə getdik. 3-4 saatdan sonra evə qayıdanda gördüm Dilguşə yoxdur. Zaur həmin vaxtı evə girməmişdi, çıxıb getmişdi. Təxminən 2-3 saat keçmiş Dilguşə gəldi. Ondan haradan gəldiyini soruşduqda Dilguşə rəfiqəsigildən gəldiyini dedi. Onu danladım, dedim, sən nişanlı qızsan, axırıncı dəfə olsun ki, özbaşına harasa gedirsən. Dilguşə bir daha icazəsiz heç yana ayaq basmayacağına söz verdi. "Mənə dedilər ki, qızın başqası ilə gəzir." 15-20 gün keçmiş yenə də kənddən qayıdan vaxt Dilguşəni evdə tapmadığıma görə onu döydüm ki, bir də özbaşına heç yana getməsin. Bir neçə gün keçmiş Zaurun anası qızları ilə mənim üstümə gəldilər, dedilər sənin xəbərin yoxdur, gedirsən kəndə, sənin qızın burada yüz oyun çıxarır, Eşqəli ilə gəzir. Eşqəlinin kim olduğunu soruşduqda Zaurun anası onun Siyəzəndə yaşadığını bildirdi. Onlara dedim ki, siz gedin, mən bu məsələni özüm araşdıraram. Eşqəlinin telefon nömrəsini və yaşadığı ünvanı öyrəndim, Dilguşəni çağırıb bu barədə ondan soruşdum. And-aman elədi ki, elə bir şey yoxdur, yalan deyirlər. Eşqəlinin ev telefonuna zəng vurduqda telefonu bir qadın götürdü. Həmin qadından Eşqəlini soruşdum. Evdə olmadığını biləndə telefon nömrəmi verib dedim ki, gələndə deyərsiniz qoy mənə zəng vursun. "Sonralar məlum oldu ki, yalan deyirmiş" Bir-iki gündən sonra Eşqəli zəng vurub dedi ki, Vaqif, xeyir ola, məni axtarmısan. Dedim gəl bizə, səninlə işim var. Həmin gün axşam Eşqəli qardaşı, bacısı və həyat yoldaşı ilə birlikdə bizə gəldi. Onun bu qədər camaatla qapıma gəlməsindən şübhələndim, lakin əhəmiyyət vermədim. Eşqəliyə dedim ki, belə söhbət çıxıb, guya sən mənim qızımla gəzirsən, əgər bu, həqiqətdirsə, mənə de, səni vuracam, qoy elə indi vurum. Eşqəli mənə "Vaqif, sən nə danışırsan, heç mən sənin uşağını tanımıram. O, mənim qızım yerindədir, eşitdiyimə görə, nişanlıdır, mən sənə qarşı elə hərəkət eləmərəm" dedi. Mən də onun dediklərinə inandım. Amma sonradan Eşqəlinin sözləri yalan çıxdı və məlum oldu ki, o, həqiqətən də qızımla gəzir. Bu səbəbdən də Zaurgil nişanı qaytardılar. Bundan sonra Dilguşə evdən qaçmağa başladı. Dilguşə 3-5 günlərlə qaçıb gedir, evə gəlmir, sonra bacıları onu tutub gətirirdilər. Dilguşə evə gəlməyərək özündən 20-25 yaş böyük Eşqəlinin yanında qalırdı. Eşqəli onun döyür, söyür, bədənində siqaret söndürür, bədənini yandırır, üstünə qaynar su tökürdü. Buna baxmayaraq Dilguşə yenə də Eşqəlinin yanına qaçıb gedirdi. O, Dilguşəni öz evində saxlayırmış. Həmin ərəfədə səhv dərman içdiyimə görə mədəm deşilmişdi, xəstə idim. Mərhum oğlum Kənan və Naxçıvan MR-in Şərur rayonunda olan gəlinim Kəmalə onu Naxçıvana aparıbmışlar. 2005-ci ilin dekabr ayının sonlarında oğlum Kənan Naxçıvandan zəng vurub dedi ki, ata, qızınla bacara bilmirəm, Dilguşə bizimlə yola getmir, deyir mən buradan çıxıb gedirəm, sizinlə qalmıram. Kənana dedim, bala, Dilguşənin qarşısına çıxıram, onu təyyarə ilə yola sal gəlsin, mən qarşılayacam. "Boğazından tutub var gücümlə boğdum" Hava limanında Dilguşəni qarşıladım. Avtobusa minib Siyəzənə yollandıq. Siyəzən rayonunun Qara Siyəzən kəndinə çatanda avtobusu saxlatdırıb düşəndə məndən niyə kənddə düşdüyümüzü soruşdu. Ona "anan da kənddədir, kəndə gedirik" dedim. Açarla qapını açanda Dilguşə "bəs deyirdin anan da burdadır məni bura niyə gətirmisən?" deyə soruşdu. Ona bir az söhbət edib sonra gedəcəyimizi bildirdim. Mətbəxə keçib iki stəkan çay süzüb birini Dilguşənin qabağına, birini isə öz qabağıma qoydum. Dilguşə stəkanı əlinin arxası ilə necə vurdusa, çay stolun üstünə dağıldı. Onsuz da onun əxlaqsız hərəkətlərindən cana yığılmışdım, əsəbi olduğumdan və çayı da dağıtmasından daha da hirslənib ayağa qalxdım. Sillə ilə necə vurdumsa, Dilguşə yerə yıxıldı. Kəndiri götürüb qollarını arxadan bağladım. Boğazından yapışaraq 1-2 dəqiqə ərzində onu boğub öldürdüm. "Tutduğum əməldən peşman deyiləm" Əlini çəkəndə Dilguşə öldüyü üçün yerə yıxılıb. Qızı qətlə yetirəndən sonra ayaqyolunda basdırıb. Ata deyib: "Qızımı öldürməyimə görə peşman deyiləm, çünki o, əxlaqsızlıq edir, pozğunluqla məşğul olurdu. Fikirləşdim ki, bu işin üstü örtülü qalacaq, heç kimin xəbəri olmayacaq. Ona görə də bu barədə xəbər verməmişəm". "Qızım özünü dəli kimi aparırdı" Zərərçəkmiş şəxs qismində dindirilən Firuzə Mahmudova həyat yoldaşının ifadəsinə uyğun ifadə verib. O əlavə olaraq bunları bildirib: "Vaqif Dilguşəni Eşqəlidən uzaqlaşdırmaq üçün onu Qara Siyəzən kəndindəki evimizə aparmışdı. Dilguşə gecəyarısı kənddən qaçıb Siyəzən RPŞ-nə gələrək demişdi ki, atam məni öldürmək istəyir. Polisdə özünü dəli kimi apardığından Dilguşəni Qubaya dəlixanaya göndərdilər. Vaqiflə Qubaya gedib Dilguşəni dəlixanadan evə gətirdik. İki gündən sonra Dilguşə yenə evdən qaçdı. Ərimin Dilguşəni öldürməklə hədələdiyini görüb Naftalan şəhərində yaşayan digər qızım Şövqiyyəyə zəng vuraraq hər şeyi ona danışdım, rayonda biabır olduğumuzu, Dilguşənin Siyəzən RPŞ-yə şikayət etməsini, ata evində qalmaq istəmədiyini söylədim. Qızım dedi ki, mən gəlirəm, Dilguşəni aparıb özüm saxlayacam. Bir-iki gün keçmiş Şövqiyyə Siyəzənə gəldi. Bizim Siyəzən RPŞ-də olduğumuzu öyrənib PŞ-nin qabağına gələrək mənimlə və qardaşı Kənanla görüşdü. Şövqiyyəyə dedim ki, Dilguşə evdən qaçıb, onu bizə vermirlər. Şövqiyyə də PŞ-ə girdi, Dilguşəyə öyüd-nəsihət eləyib dedi ki, səs-küy salma, gəl mənimlə Naftalana gedək, orada sənə şərait yaradıb, səni ərə verəcəyəm. Həmin gecə Şövqiyyə Dilguşəni Naftalana apardı. Naftalanda olan vaxt Dilguşə ilə əlaqə saxladım, Şövqiyyə dedi ki, onu limonad sexində işə düzəldib, yaşaması üçün ayrıca ev də tutub. Bir-iki aydan sonra Şövqiyyə Dilguşənin xahişi ilə ona şəxsiyyət vəsiqəsi düzəltmək üçün pul verib Siyəzənə göndərdi. Dilguşə Siyəzənə gəlib özünə şəxsiyyət vəsiqəsi düzəltdi və yenə də Naftalana qayıtdı. Günlərin birində qızım Şövqiyyə dedi ki, Dilguşənin sexin telefonu ilə Eşqəliylə əlaqə saxladığını görüb onu danlamışam. "Oğluma dedim ki, bunu da özünüzlə aparın, bəlkə orada ərə verərsiniz" Ərim oğlumla və onun ailəsi ilə yola getmədiyinə görə oğlum Kənan Naxçıvana köçüb orada yaşamağa qərar verdi. Kənanın həyat yoldaşının Naxçıvan MR-in Şərur rayonundan olmasına və ata-bala yola getmədiklərinə görə ona heç nə demədim. Oğlum arvad-uşağını da götürüb Naxçıvana gedəcəyini qızım Şövqiyyəyə telefonda deyəndə bunu Dilguşə eşidib. Şövqiyyəyə yalvarıb ki, Kənana de, məni də özü ilə Naxçıvana aparsın. Şövqiyyə də Kənana zəng vurub Dilguşənin sözlərini ona çatdırıb. Xahiş edib ki, Dilguşəni də Naxçıvana aparsın və orada türk vətəndaşlarından birinə ərə versin. Kənan əvvəlcə razılıq verməsə də, sonradan razılaşıb. Şövqiyyə də Dilguşəni Bakıya yola salıb. Dilguşəni Bakıda Kənan qarşılayıb və onu öz ailəsi ilə birlikdə Naxçıvana aparıb. Məhkəmə bədbəxt atanı 10 il azadlıqdan məhrum etdi. |