Ayaqyolunda basdırılan ölü
 |
Gəzəyən qızını öldürən ata onu buraya layiq bilib
Şənbə, 16.01.2010
|
|
Bu qətl hadisəsi dörd il əvvəl baş versə də, indiyədək ailə üzvlərindən başqa heç kim bundan xəbər tutmayıb. Qətlin üstünün açılmasına səbəb isə bu ailənin gəlini Kəmalə Mahmudovanın 2009-cu il iyulun 24-də ərizə ilə Binəqədi prokurorluğuna müraciət etməsi olub. Ərizədə qayınatası Vaqif Mahmudovun baldızı Dilguşəni 2005-ci ilin dekabrında boğaraq öldürdüyünü və həyətdə basdırdığını göstərib...
Ötən illər ərzində Dilguşə Mahmudova barədə hər hansı xəbərin olmadığı, bu müddətdə yaxınlarının onu axtarmadıqları və polis orqanlarına müraciət etmədikləri adıçəkilən şəxsin qəsdən öldürülməsini güman etməyə əsas verdiyindən cinayət işi başlanaraq istintaq aparılıb.
"Uduzdum"
İstintaq zamanı Vaqif Mahmudov dindirilərkən qızını öldürmədiyini və qızın ona məlum olmayan yerdə yaşadığını desə də, meyit basdırıldığı yerdən çıxarılıb tanınması üçün ona təqdim olunarkən "uduzdum" deyərək törətdiyi cinayət əməlini etiraf edib.
Müəyyən edilib ki, Vaqif Mahmudov qızı Dilguşənin 2003-cü ildən etibarən əxlaqsızlıqla məşğul olmasını bilib. Onun NMR Şərur rayonunda yaşadığı müddətdə gəlininin evində də "dinc oturmadığını" eşidib. Bu haqda ona oğlu Kənan Mahmudov 24 dekabr 2005-ci ildə zəng edərək deyib. O da Kənandan bacısını Bakı şəhərinə yola salmasını xahiş edib. Ertəsi gün Vaqif Mahmudov Dilguşəni hava limanında qarşılayaraq onu Siyəzən rayonu Qara Siyəzən kəndindəki evlərinə aparıb. Evdə Dilguşəni danladıqdan sonra ondan əxlaqsız hərəkətlərlə məşğul olmasına son qoymasını tələb edib. Dilguşə isə atasının sözlərini o qədər də ciddi qəbul etməyib. Qızının hərəkətlərindən bezən ata onu öldürmək qərarına gəlib.
O, Dilguşənin qollarını arxadan iplə bağlayaraq əlləri ilə onu boğmağa başlayıb. Sonra meyiti evdə olan iri çantanın içərisinə yerləşdirib və həyətdə olan ayaqyolunda basdırıb.
Vaqif Mahmudov ifadəsində göstərib ki, qızı Dilguşə 8-9-cu sinifdə oxuyarkən qızlarından biri ona deyib ki, Dilguşəni Siyəzən şəhər sakini Zaur Mustafayev evlərinə apararaq bəkarətini pozub. O da qızlarından Zaurgilin telefon nömrəsini alaraq onlara zəng vurub və oğlanın anası ilə danışıb. Ona deyib ki, oğluna heyfin gəlsin, bizə gəl söhbət eləyək: "Anası nə olduğunu soruşanda dedim ki, gələrsən danışarıq. İki gün keçəndən sonra Zaurun anası bizə gəldi. Ona dedim ki, vaxtında gəlmisən sonra gec olacaqdı.
Zaurun anası isə "mən qohumlarımla gəlib qızın barmağına üzük taxaram" dedi. 3-4 gündən sonra Zaurgil Dilguşəyə nişan qoydular. Nişandan sonra Zaur bizə gəlib-gedirdi. Günlərin birində Zaura və qızıma dedim ki, hazırlaşın kəndə gəzməyə gedirik.
"Qayıdanda qızımı evdə tapmadım"
Dilguşə başı ağrıdığını deyərək, getmək istəmədi. Mən də Zaurla və kiçik oğlum Əlisoltanla Qara Siyəzən kəndində olan həyətimizə getdik. 3-4 saatdan sonra evə qayıdanda gördüm Dilguşə yoxdur. Zaur həmin vaxtı evə girməmişdi, çıxıb getmişdi. Təxminən 2-3 saat keçmiş Dilguşə gəldi. Ondan haradan gəldiyini soruşduqda Dilguşə rəfiqəsigildən gəldiyini dedi. Onu danladım, dedim, sən nişanlı qızsan, axırıncı dəfə olsun ki, özbaşına harasa gedirsən. Dilguşə bir daha icazəsiz heç yana ayaq basmayacağına söz verdi.
"Mənə dedilər ki, qızın başqası ilə gəzir."
15-20 gün keçmiş yenə də kənddən qayıdan vaxt Dilguşəni evdə tapmadığıma görə onu döydüm ki, bir də özbaşına heç yana getməsin. Bir neçə gün keçmiş Zaurun anası qızları ilə mənim üstümə gəldilər, dedilər sənin xəbərin yoxdur, gedirsən kəndə, sənin qızın burada yüz oyun çıxarır, Eşqəli ilə gəzir. Eşqəlinin kim olduğunu soruşduqda Zaurun anası onun Siyəzəndə yaşadığını bildirdi. Onlara dedim ki, siz gedin, mən bu məsələni özüm araşdıraram. Eşqəlinin telefon nömrəsini və yaşadığı ünvanı öyrəndim, Dilguşəni çağırıb bu barədə ondan soruşdum. And-aman elədi ki, elə bir şey yoxdur, yalan deyirlər. Eşqəlinin ev telefonuna zəng vurduqda telefonu bir qadın götürdü. Həmin qadından Eşqəlini soruşdum. Evdə olmadığını biləndə telefon nömrəmi verib dedim ki, gələndə deyərsiniz qoy mənə zəng vursun.
"Sonralar məlum oldu ki, yalan deyirmiş"
Bir-iki gündən sonra Eşqəli zəng vurub dedi ki, Vaqif, xeyir ola, məni axtarmısan. Dedim gəl bizə, səninlə işim var. Həmin gün axşam Eşqəli qardaşı, bacısı və həyat yoldaşı ilə birlikdə bizə gəldi. Onun bu qədər camaatla qapıma gəlməsindən şübhələndim, lakin əhəmiyyət vermədim. Eşqəliyə dedim ki, belə söhbət çıxıb, guya sən mənim qızımla gəzirsən, əgər bu, həqiqətdirsə, mənə de, səni vuracam, qoy elə indi vurum. Eşqəli mənə "Vaqif, sən nə danışırsan, heç mən sənin uşağını tanımıram. O, mənim qızım yerindədir, eşitdiyimə görə, nişanlıdır, mən sənə qarşı elə hərəkət eləmərəm" dedi..
|
|
|
Oxşar xəbərlər:
Natəvan Həbibi konsert verməyəcək
Ölkənin radiasiya fonu normaldır
Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq
Natəvan Həbibi qumsal adaya üz tutur
Elnur Maldiv adasında klip çəkdirəcək
|
|
|