Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
İş adamının evinə silahlı basqın olub
Külli miqdarda pul və qızıl-zinət əşyaları aparılıb
Şənbə, 16.01.2010

S.Abbas mətn ölçüsü  

Bakının Nərimanov rayonunda iş adamının evinə silahlı basqın olub, evdən külli miqdarda pul və qızıl-zinət əşyaları götürülüb. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gecə rayonun Aşıq Alı küçəsi 5 ünvanında qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 45 saylı mənzilə daxil olan naməlum şəxslər ev sahibəsi Çimnaz Əsədova və ailənin sürücüsü Anar Əzizovun zor tətbiq etməklə əl-ayağını, ağzını və gözlərini bağlayıb. Daha sonra ev sahibəsinə işgəncə verərək onu silahla hədələyən şəxslər onlardan pul tələb ediblər. Basqınçıların işgəncəsinə dözməyən qadın evdə olan bütün pulları və xeyli miqdarda qızıl-zinət əşyalarını onlara vermək məcburiyyətində qalıb. Basqınçılar külli miqdarda pulu və qızıl-zinət əşyalarını alaraq hadisə yerindən qaçıblar.

Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Polis idarəsindən həmçinin bildirilib ki, sözügedən mənzilin sahibi iş adamıdır.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi istintaq şöbəsində CM 181.2.1-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.4-cü (quldurluq - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qızıl Minbər"in proqramı hazırlanıb

ADNA-da qırğının istintaqı uzana bilər

"Milli yol" qəzetinə polis basqını

Homoseksualistin qatili müttəhimlər kürsüsündə

Bakıda fırıldaqçı erməni qadın tutuldu

Bölmənin digər xəbərləri
 
Ayaqyolunda basdırılan ölü
Gəzəyən qızını öldürən ata onu buraya layiq bilib

Ana qatilinə hökm oxundu
Rusiyadan Bakıya anasını qətlə yetirməyə gəlibmiş

Arvadını baltaladı
və 15 il cəza aldı

Sabiq polis əməkdaşını öldürməyə cəhd
Gəncə sakini bunun üstündə 6 illiyə barmaqlıq ardına göndərildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər