"Anji" daha 4 futbolçumuzla danışıqlar aparır
|
Şənbə, 16.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
Ötən sayımızda Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun yarımmüdafiəçisi Mahir Şükürovun Rusiyanın "Anji" klubu ilə müqavilə bağladığı barədə yazmışdıq. Bir daha xatırladaq ki, həmyerlimiz qarşıdakı iki ildə "Anji"nin şərəfini qoruyacaq.
Bu ildən Rusiya Premyer Liqasında çıxış edəcək Mahaçqala klubu heyətini daha bir neçə Azərbaycan futbolçusu ilə gücləndirmək niyyətindədir. Bunu klubun baş məşqçisi Omari Tetradze yerli mətbuata açıqlamasında bildirib. Hazırda Antalyada hazırlıq prosesini davam etdirən "Anji" klubu rəhbərliyi 3-4 azərbaycanlı futbolçu ilə danışıqlar aparır.
Omari Tetradzenin sözlərinə görə, klubun mərkəz müdafiə, yarımmüdafiə və hücum xətlərinin gücləndirilməsinə ehtiyac var. Baş məşqçi konkret olaraq hansı futbolçularla danışıqlar aparıldığını deməkdən imtina edib.
|
|
|
|
|
|
|