Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Bakı"nın ikinci cəhdi
"Bakı"nın ikinci cəhdi
Azərbaycan çempionu bu gün Birlik Kubokunda ilk matçına çıxacaq
Şənbə, 16.01.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Bu gün Moskvada MDB və Baltikyanı ölkələr çempionlarının iştirakı ilə keçirilən Birlik Kuboku futbol turnirinin açılışı olacaq. Sayca XVIII olan Birlik Kubokunun təntənəli açılış mərasimində FİFA və UEFA rəsmiləri də iştirak edəcəklər. FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini isə final qarşılaşmasını izləmək üçün Moskvaya gələcəklər. FİFA və UEFA prezidentləri eyni zamanda MDB ölkələri futbol federasiyalarının başçıları ilə də görüşəcəklər.

Bu gündən başlayaraq yanvarın 25-dək davam edəcək Birlik Kuboku oyunları "Olimpiysk" idman kompleksində və "Dinamo" manejində təşkil olunacaq. Qrup mərhələsinin matçları yanvarın 16,17,18-də, 1/4 final oyunları 20-də, yarımfinal matçları 22-də, həlledici qarşılaşma isə 24-də olacaq.

Bu dəfə Birlik Kuboku turnirində ölkəmizi Azərbaycan çempionu "Bakı" təmsil edir. Bakı komandası finala iki vəsiqə uğrunda HİK (Finlandiya), "Aktobe" (Qazaxıstan) və "Vaxş" (Tacikistan) klubları ilə mübarizə aparacaq. "Bakı" ilk görüşünü Tacikistan çempionu "Vaxş"a qarşı keçirəcək. Komandamız növbəti gün "HİK"i, yanvarın 19-da isə "Aktobe"ni sınağa çəkəcək. Bu matçlar Bakı vaxtı ilə 14:00-da keçiriləcək.

Bu dəfə yarışda nə ulduz futbolçuların şousu, nə də anşlaq yaşanacağı gözlənir. Klubların əksəriyyəti Moskvaya əvəzedici heyətlərini göndəriblər. Çünki qış fasiləsində klubların əksəriyyəti hazırlığı isti ölkələrdə keçir.

Ötən əsrin 90-cı illərində təməli qoyulan Birlik Kuboku vaxtilə sanballı yarışlardan sayılırdı. Təbii ki, keçmiş SSRİ komandaları bu yarışa yüksək səviyyədə hazırlıq görür və turnirin qalibi olmaq üçün ölüm-dirim mübarizəsi aparırdılar. Təbii ki, postsovet məkanının ən güclü klublarının qarşıdurmasını izləmək üçün tribunalara xeyli insan toplaşardı. İndi isə keçmiş SSRİ çemponatının kiçik modeli olan Birlik Kubokunun quruca adı qalıb.

Budəfəki Birlik Kubokunun tam heyəti belədir: "A" qrupu: "Dnepr" (Belarus), "Dordoy-Dinamo" (Qırğızıstan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya);

"C"qrupu: "Dinamo" (Ukrayna), MTTU (Türkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması; "D" qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan).

Qeyd edək ki, "Bakı"nın Birlik Kuboku turnirindəki rəqiblərindən ikisi əvvəllər bu yarış çərçivəsində Azərbaycan komandaları ilə görüşüblər. "Aktobe" son 5 ildə 4-cü dəfə komandamıza rəqib olacaq. Özü də Aktyubinsk təmsilçisi bizim üçün arzuolunmaz rəqibdir. Hər halda, nə "Neftçi", nə də "Xəzər-Lənkəran" bu komandanı məğlub edə bilib. İndi bu uğursuz ənənəyə son qoymaq "Bakı"nın üzərinə düşəcək. Digər rəqiblərə gəlincə, "Vaxş"la cəmi bir dəfə qarşılaşmışıq. Bir neçə il əvvəl "Neftçi" Kurqan-Tyube təmsilçisini böyük hesabla məğlub edib. Finlandiyanın HİK klubu isə ilk dəfə komandamızla görüşəcək.

İndiyədək ölkəmizi bu yarışda "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ", U-21, "Bakı" və "Xəzər-Lənkəran" klubları təmsil edib. 2006-cı ildə "Neftçi", bir il sonra isə "Xəzər-Lənkəran" Birlik Kubokunun baş mükafatını Bakıya gətiriblər.







Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Vaqif Cavadov: "Tvente"də təkcə özümü deyil, "Qarabağ"ı və Azərbaycanı təmsil edəcəm"
Azərbaycan yığma komandasının hücumçusu, "Qarabağ" klubunun futbolçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubuna keçidi rəsmiləşdi.

Medalın bir addımlığındaykən
Şahmatçılarımız dünya çempionatında dördüncü oldular

Milli komandamız Ermənistana dəvət olunub
Yunan-Roma güləşi üzrə milli komandamız fevralın 13-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Dünya Kubokuna dəvət alıb.

"Anji" daha 4 futbolçumuzla danışıqlar aparır
Ötən sayımızda Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun yarımmüdafiəçisi Mahir Şükürovun Rusiyanın "Anji" klubu ilə müqavilə bağladığı barədə yazmışdıq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər