Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
ETTELAAT sərhəddə azərbaycanlı şairlərin kitablarını müsadirə edib
Kitabları daşıyan avtobusun sürücüsü isə həbs edilib
Şənbə, 16.01.2010

S.Abbas mətn ölçüsü  

Dünən səhər Azərbaycan-İran sərhədində Güney Azərbaycandan olan şairlər Nigar Xiyavişin "Əlimdə əlli barmaq", Məlihə Əzizpurun "Su pıçıltısı" və Sayman Aruzun "Bahar gəlmədi" şeirlər toplusunun tirajı İran məxfi polisi tərəfindən müsadirə edilmişdir. Bu şeir topluları "Dayaq" Dünya Azərbaycanlıları Yazarlar Qurumu tərəfindən nəşr olunmuşdur. Tiraj 1500 nüsxə olmaqla, latın qrafikası ilə çap olunmuşdur. İranın xüsusi xidmət orqanı ETTELAAT-ın bu "misilsiz" əməliyyatı barədə "Turan"a "Dayaq" rəhbəri Sayman Aruz bildirib.

Onun sözlərinə görə, kitabların olduğu avtobusun sürücüsü həbs edilib. "Bu kitablarda sevgi, məhəbbət və vətən sevgisinə həsr edilmiş şeirlər toplanıb. Buna baxmayaraq, kitablar ETTELAAT tərəfindən siyasi adlandırılıb və müəllifləri həbslə hədələnib", - deyə o qeyd edib.

Xatırladaq ki, "Dayaq" Dünya Azərbaycanlıları Yazarlar Qurumu ictimai-ədəbi birlikdir. Məqsədi dünyada yaşayan azərbaycanlı yazarların konfransını təşkil etmək, Azərbaycan ədəbiyyatını yaymaqdır. Qurumun çap etdirdiyi kitablar barədə www.dayaq.org saytından bilgi almaq olar.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qumda "tələbələr" necə yetişdirilir
yaxud türk düşmənlərinin əlinə su tökənlərə bir-iki xatırlatma

Birtərəfli vizanın ləğvi fevrala qaldı
Adekvat addım atmaq bizə sərf etmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər