Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Qumda "tələbələr" necə yetişdirilir
Qumda "tələbələr" necə yetişdirilir
yaxud türk düşmənlərinin əlinə su tökənlərə bir-iki xatırlatma
Şənbə, 16.01.2010

S.Sədi mətn ölçüsü  

İranın qonşu ölkələrdən müxtəlif vədlərlə aparıb Qum şəhərində "təhsil" verdiyi azərbaycanlılar öz dövlətinə qarşı hədyanlarla çıxış ediblər. Yola saldığımız həftənin əvvəlində "Qumda təhsil alan azərbaycanlı tələbələr" adından bəyanat yayılıb. Məlumata görə, Qumda təhsil alan Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiyadan olan "azəri tələbələr" toplantı keçiriblər. Onlar Azərbaycan hakimiyyətini "dinə hörmətsizlikdə" qınayıblar. Belə bir iddia səsləndirilib: "İslam və müsəlman dindarlara qarşı çirkin siyasəti məmur özbaşınalığı, xarici dövlətlərin planları və s. kimi dəyərləndiririk". Yəqin ki, "tələbələr" Naxçıvanda polisin anormal "dini mərasim"ə müdaxiləsinə etiraz edirlərmiş.

Biz bunu İran İslam Respublikasının güneyli-quzeyli Azərbaycan türklərinə qarşı məqsədyönlü işlərindən bir element kimi gördük. Bu kimi "bəyanatlar" çətin ki, bizim insanda onlar istəyən rəy yarada bilsin. Çünki burada hamı bilir ki, İranın molla hakimiyyəti işğal altında olan Azərbaycan torpaqlarındakı ermənilərə yardım etməkdədir. Bir fakt: Dağlıq Qarabağ kəndlərində onlar kənd təsərrüfatı sahəsində proqramlar və layihələri gerçəkləşdirən fonda dəstək verirlər. Məsələn, İslam rejimi ilə sözügedən fond arasındakı anlaşmaya əsasən, 10 yeni taxıl kombaynı işğal altında olan Azərbaycan ərazisinə gətirilib, bu il daha 20 belə texnikanın gətiriləcəyi barədə anlaşma əldə olunub... Özünü islamın və müsəlman xalqların təəssübkeşi kimi qələmə verməyə çalışan Tehran rəhbərliyindən başqa bir yanaşma da gözləmirik.

Görəsən, bu tələbələr Azərbaycan torpaqlarını işğal edənlərə yardım göstərən İslam Respublikasının Güney Azərbaycan türklərini çeşidli əməlləri ilə aşağıladığının fərqindədirlərmi? Onların xəbəri varmı ki, İranın "Millət" bankının ölkə televiziyasında yayımlanan reklam çarxlarında türklər təhqir edilib? Özü də bu çarx ölkə televiziyasında günün ən çox baxılan saatlarında gerçəkləşdirilib.

"GünazTV"nin məlumatına əsasən, reklamın məzmunu belədir: Dövlətin maliyyə qurumunun, "Millət" bankının püşkatma kampaniyası zamanı Tehrandakı "Azadi" meydanında dalandarlıqla məşğul olan bir türk göstərilir. Bu adam türk ləhcəsində farsca danışıb, guya bu bankı təbliğ edir.

Amma gözündən tük də yayınmayan bəzi soydaşlarımız bu fikirdədir ki, bu tip telereklam və verilişlər ilə sıravi türkün "düşük və aşağı səviyyəli olduğu" ölkə cəmiyyətinə təqdim olunur. Bununla da farslara aid olduğu iddia olunan şəhərlərdə Azərbaycan türklərində fars dili və kültürünə təslimçilik ruhu aşılamağa çalışırlar.

Bilmirik həmin "tələbələr" bilirlərmi ki, İran deyilən o ölkədə Azərbaycan türklərinin qanuni, milli-mədəni haqlarının təmin olunmasını istəyənlərə təzyiqlər dayanmır. "GünazTV" mətbuat xidmətinin məlumatına görə, "İran azəriləri islami qurumu"nun keçmiş üzvü Əli Bikəs barəsində 7 il azadlıqdan məhrumetmə və 74 şallaq cəzası çıxarılıb. O, 2009-cu il iyunun 15-dən nəzarət altında saxlanırdı. Əli Bikəsə qarşı "İranın milli təhlükəsizliyi əleyhinə fəaliyyət", "İslam Respublikasına qarşı təbliğat və ictimai rəyi dəyişməyə cəhd" ittihamları irəli sürülüb...

Sözügedən mənbə onu da xatırladıb ki, İranın keçmiş prezidenti Məhəmməd Xatəminin türkləri aşağılayan "lətifəsi" yayıldıqdan sonra Əli Bikəs etiraz əlaməti olaraq, "İran azəriləri islami qurumu"ndan və Mirhüseyn Musəvinin təbliğat qərargahından istefa vermişdi. Bunun ardınca bu kimi məsələlərə dair etiraz məqaləsi də yazmışdı. Və 7 il iş aldı və 74 şallaq cəzası...

Türk gənclərə türk düşmənlərinin "əlinə su tökmək" və manqurtluq fənninin xüsusi olaraq təlim olunduğu Qum mədrəsələrində "təhsil" alan bu bədbəxt "tələbələr" əgər Qarabağ, din və dövlət qədri biləndirsə, o zaman yuxarıda sadaladığımız faktlara nədən etiraz bildirmirlər?..


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq

Mənsum İbrahimovun tələbələri konsert verəcək

Tarix müəllimi tarixi təhrif edib

Bölmənin digər xəbərləri
 
ETTELAAT sərhəddə azərbaycanlı şairlərin kitablarını müsadirə edib
Kitabları daşıyan avtobusun sürücüsü isə həbs edilib

Birtərəfli vizanın ləğvi fevrala qaldı
Adekvat addım atmaq bizə sərf etmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər