çap et  
Soltan Hacıbəyov anılacaq
Soltan Hacıbəyov anılacaq
Bəstəkarın 90 illiyində oğlunun da 60 yaşı tamam olur
Şənbə, 16.01.2010

Zəminə

Yanvarın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Soltan Hacıbəyovun 90 və onun oğlu, Azərbaycanın əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun 60 illik yubileyinə həsr edilən gecə keçiriləcəkdir. Filarmoniyanın mətbuat katibi bildirdi ki, gecədə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Hacıbəyovların musiqi əsərləri səslənəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru respublikanın xalq artisti Rauf Abdullayevdir. Proqramda xalq artisti Gülbacı İmanovanın rəhbərliyi altında Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Sonda daha bir xəbəri bizimlə bölüşən mətbuat sözçüsü bildirdi ki, fevralın 7-də müasir dövrün ən məşhur skripkaçılarından biri olan Gidon Kremer Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək. Konsertdə skripkaçı özünün tanınmış "Kremerata Baltika" kamera orkestri ilə birlikdə çıxış edəcək. Gidon Kremer Çaykovski adına beynəlxalq müsabiqə mükafatçısı, Qremmi mükafatı, Libreti və Rolf Sok mükafatlarının sahibidir. Konsertdə maestronun özündən başqa Azərbaycanın əməkdar artisti, filarmoniyanın direktoru Murad Adıgözəlov da çıxış edəcək.