çap et  
Həzi Aslanovun ev muzeyi təmir edilir
Şənbə, 16.01.2010


Lənkəranda general Həzi Aslanovun ev muzeyi 40 ildir fəaliyyət göstərir. Əfsanəvi qəhrəmanın 100 illiyi ərəfəsində ev muzeyinin əsaslı təmirinə başlanıb. Artıq üçüncü aydır ki, təmir-bərpa işləri davam edir. Ev muzeyinin direktoru Tamara Fətullayevanın dediyinə görə, yubileyə iki gün qalmış işlər tam başa çatdırılacaq. Muzeyin yeni ekspozisiyası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən qurulacaq. Bu barədə ötən il Lənkəranda olarkən Həzi Aslanovun ev muzeyinə baş çəkərkən nazir Əbülfəs Qarayev göstəriş verib. Muzeyin eksponatları artıq Bakıya göndərilib və yeni ekspozisiya yaxın günlərdə qurulacaq.