Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında 2010-cu ildə iki yeni film çəkiləcəkdir. Kinostudiyadan verilən xəbərə görə, bu filmlər "Bəşəriyyətin xilası" və "Tərsinə çevrilmiş dünya"dır. "Bəşəriyyətin xilası" filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Film hazırlıq prosesindədir. "Tərsinə çevrilmiş dünya" filminə isə rejissor Ənvər Əbluc Çingiz Hüseynovun ssenarisi əsasında quruluş verəcək.
Hər iki filmin çəkilişinə iki aydan sonra başlamaq planlaşdırılır. Rejissor Eldar Quliyevin ötən ildən yarımçıq qalan "İstanbul reysi" filmi artıq tamamlanmaq üzrədir. İlqar Nəcəfovun "Buta" filmi üzərində səsləndirmə işləri aparılır.
|