çap et  
Sənan Eynullayevin Ankarada sərgisi açılıb
Şənbə, 16.01.2010


Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb. Sərgidə sənətkarın son dövrlərdə yağlı boya ilə işlədiyi tablolar nümayiş etdirilir. Bu, rəssamın Türkiyədə ilk yaradıcılıq sərgisi hesab olunmur. Ötən il onun İstanbulun Polis təhsil və toplantı mərkəzində mumdan hazırlanan heykəlləri nümayiş etdirildi. Sentyabrın əvvəlində isə Bodrumda fərdi sərgisi açılmışdı. Bakı doğumlu (1956) Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin və İncəsənət İnstitutunun məzunudur.