çap et  
Qazax Teatrının "Sonuncu seriya"sı
Şənbə, 16.01.2010


Qazax Dövlət Dram Teatrında dramaturq Əhməd Orucoğlunun "Sonuncu seriya" tamaşasının məşqlərinə başlanıb. Teatrdan verilən xəbərə görə, müasir həyatdan bəhs edən bu yeni səhnə əsəri komediya janrındadır. Tamaşada teatrın aparıcı aktyorlarından Nazilə Məmmədova, Hacı Hacıyev, Minayə İbrahimova, İlqar Hacıəliyev və başqaları oynayırlar. Bu səhnə əsərinin quruluşçu rejissorları Saqif İsgəndərov və Musa Eyyubov, rəssamı Afiq Məmmədov, bəstəkarı əməkdar incəsənət xadimi Eldar Mansurovdur. Tamaşanın yaz aylarında təqdimatı nəzərdə tutulur.