çap et  
Emalatxana kompleksinin tikintisi üçün layihə seçimi
Şənbə, 16.01.2010


Rəssamların Emalatxana Kompleksi üçün layihələndirmə işlərinə başlanıb. Bəlli olduğu kimi, bu kompleks Prezidentin sərəncamı əsasında inşa olunacaq. Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, hazırda bu məsələyə baxılır: "Tikinti hələ başlamayıb və hazırda emalatxananın layihəsi üzərində iş gedir. Layihələr hazırlanır və qəbul olunur. Türkiyədən də layihələr təqdim edilmişdi, ancaq biz öz memarlarımıza üstünlük vermək istəyirik".

Fərhad Xəlilov sonda vurğuladı ki, tikintiyə nə vaxt başlanacağı layihə təsdiqləndikdən sonra dəqiqləşəcək.